Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:44

Avropada gizlənmiş çeçen bloqer hücuma məruz qaldığını deyir


Tumso Abdurakhmanov, arxiv fotosu
Tumso Abdurakhmanov, arxiv fotosu

İnsan haqları qrupu tanınmış çeçen bloqerin Avropa ölkələrindən birində yaşadığı mənzildə hücuma məruz qaldığını bildirir. İndiyədək Avropada Çeçenistan rəhbərliyinin bir neçə tənqidçisi hücumlara məruz qalıb, bəziləri öldürülüb.

İsveçdə mənzillənən Vayfond Xeyriyyə və İnsan Haqları Assosiasiyası bildirir ki, hücumdan sonra Tumso Abdurakhmanov xəstəxanaya yerləşib. Bu təşkilat “dini və siyasi səbəblərdən” təqib olunan çeçenlər və Rusiyanın Şimali Qafqaz regionundakı digər etnik qrupların hüquqlarını müdafiə etmək, onlar üçün ədalət istədiyini deyir.

Vayfond bildirir ki, fevralın 26-da axşam Abdurakhmanov-un mənzilində yatdığı yerdə bir nəfər içəri soxularaq ona çəkiclə hücum edib. Bloqer hücum edəni üstələyə bilib, polis çağırıb.

Abdurakhmanov Kremlin dəstəklədiyi region hakimiyyətini tənqid edəndən sonra təhlükəsizliyi üçün narahat olaraq bir neçə il qabaq Çeçenistandan çıxıb.

“Anam onların əlindədir”

Onun YouTube şəbəkəsində yerləşdirdiyi videoda hücum edən şəxs Moskvadan olduğunu boynuna alır. Onun sözlərinə görə, Çeçenistan paytaxtı Qroznıda Abdurakhman adlı bir nəfər onun Tumso Abdurakhmanov-u “qorxutmağı”nı istəyib.

“Səni kim göndərib? Hardansan?” – Abdurakhmanov vidieoda soruşur.

Abdurakhmanov çəkici də göstərir, həmin şəxsin hücum vaxtı ondan istifadə etdiyini deyir.

Yerdə xəsarət almış vəziyyətdə olan şəxs deyir ki, Moskvadandır, “anam onların əlindədir”.

Bir neçə saatdan sonra video YouTube-dan yığışdırılıb.

2015-ci ildə Çeçenistandan qaçmış 32 yaşlı Abdurakhmanov o vaxtdan Avropada sığınacaq ala bilməyib. O, iki dəfə Polşada sığınacaq üçün müraciət etsə də, rədd cavabı alıb. “Amnesty International” və digər hüquq müdafiə təşkilatları da bloqeri müdafiə edib, Rusiyaya qaytarılarsa, “işgəncə, digər qeyri-insani və alçaldıcı rəftarla üzləşmək riskinin real olduğunu” bildiriblər.

Abdurakhmanov Ramzan Kadyrov rejimini xaricdən də tənqid edib, özəlliklə Çeçenistanda insan haqları pozuntuları və korrupsiyadan söz açıb. Onun YouTube kanalının hazırda 140 mindən çox abunəçisi var.

Vayfond Abdurakhmanov-un hazırda hansı ölkədə yaşadığını, hücumun harda baş verdiyini açıqlamayıb.

Hücuma məruz qalan birinci bloqer deyil

O, fevralın əvvəlində Fransada mühacirətdə yaşayan çeçenistanlı bloqer Imran Aliyev-in öldürülməsi barədə detallı informasiya yayırdı.

Ötən ilin avqustunda isə çeçen əsilli gürcüstanlı Zelimkhan Khangoshvili günün günorta çağı Berlinin mərkəzində öldürülüb. Khangoshvili 2000-ci illərin əvvəllərində Rusiyaya qarşı ikinci Çeçenistan müharibəsində savaşmışdı.

Bellingcat araşdırmaçı jurnalist qrupu bu ayın əvvəlində bildirib ki, bu qətlin təhqiqatı hücumun Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən planlaşdırılaraq təşkil olunduğunu göstərib.

Bu hadisə Berlin ilə Moskva arasında siyasi mübahisə yaradıb, qarşılıqlı olaraq diplomatlarını qovublar. Almaniya bildirib ki, qətli Rusiya hökumətinin, yaxud Çeçenistan hakimiyyətinin sifariş etməsinə dəlil var. Moskva isə iddiaları rədd edib.

Almaniya bu işdə Rusiya pasportu daşıyan bir şübhəlini saxlayıb. O, qətl və silah pozuntuları ilə əlaqədar Almaniyada mühakimə olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG