Keçid linkləri

Təcili xəbərlər
2020, 09 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:51

Nüvə sazişini imzalayan tərəflər görüşür


Tehranın cənubundakı Arak nüvə su reaktoru

İran nüvə sazişinin qalan üzvləri fevralın 26-da Vyanada bir araya gələcək. Bundan qabaq Almaniya, Fransa və Britaniyanın irəli sürdüyü prosedurlar BMT-nin Tehrana sanksiyalarının bərpasıyla sonuclana bilər.

2015-ci ildə sazişi imzalamış ölkələr onu xilas etməyə çalışırlar. 2018-ci ildə ABŞ Prezidenti Donald Trump birtərəfli qaydada ondan çıxıb və İrana sanksiyaları bərpa edib.

Vyana toplantısına İran, Britaniya, Fransa, Almaniya, Çin, Rusiya və AB-dən aparıcı diplomatlar qatılacaq. Onlar sazişi Vaşinqtonsuz da qorumağa boyun olublar.

Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Ancaq ABŞ sənəddən çıxandan sonra İran da proqramı gücləndirib, bununla Vaşinqtonun “maksimum təzyiq” kampaniyasına cavab verir.

XS
SM
MD
LG