Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

İranda seçkiyə rekord az seçici gedib


Seçicilər növbəyə durub
Seçicilər növbəyə durub

İran rəsmiləri sərt-xətt tərəfdarı namizədlərin paytaxt Tehrandan 30 parlament yerinin hamısını qazandıqlarını açıqlayıb. Seçkinin ölkə üzrə tam nəticələrinin açıqlanması yubanır və bu da rekord aşağı seçici fəallığıyla bağlı suallar yaradır.

Fevralın 21-də keçirilən parlament seçkisinə minlərlə islahatçı və nisbətən mötədil namizədlər buraxılmayıb. Ona görə də seçkini kimin udacağı elə də böyük şübhə doğurmurdu.

Dövlət televiziyasının fevralın 23-də bildirməsinə görə, 290 yerlik parlamentdə Tehran üçün nəzərdə tutulmuş 30 yerin hamısını mühafizəkar namizədlər tutub. Keçmiş mer Bagher Qalibaf paytaxt üzrə əsas qalib sayılır.

2016-cı ildə 30 yeri mötədillər tutmuşdu

İslam İnqilab Keşikçiləri Korpusunda (İİKK) hava qüvvələri komandiri Qalibaf parlamentin növbəti spikeri vəzifəsinə əsas namizəd sayılır.

Daha liberal elektoratı ilə fərqlənən Tehran üzrə nəticələr 2016-cı ildəkindən kəskin fərqlənir. Həmin il regiondan 30 yerin hamısını mötədil namizədlər qazanmışdı.

Namizədlərin 20 faizdən az səs yığdığı dairələrdə apreldə təkrar seçki keçiriləcək.

İİKK-ya bağlı yarırəsmi Fars xəbər agentliyi fevralın 22-də yazıb ki, mühafizəkar namizədlər parlamentdə 135, islahatçılar 20, müstəqillər 28 yer qazanacaqlar.

Fevralın 23-də açıqlanmış rəqəmlərə əsasən seçkiyə rekord sayda az seçici getdiyini söyləmək olar. Daxili işlər naziri Abdolreza Fazli səsvermə hüququ olanlardan 42,6 faizinin seçkiyə getdiyini deyib. Bu, 1979-cu il İslam İnqilabından bəri ən aşağı göstəricidir, “Agence-France Presse” yazır.

Fazli bu rəqəmin “qəbuledilən” olduğunu deyib, səbəblər sırasında pis hava şəraitini, koronavirusun yayılmasını, seçkidən öncə baş verən insidentlərdən Ukrayna təyyarəsinin vurulmasını sadalayıb.

Sərt-xətt tərəfdarı olan Mühaffizlər Şurası seçkiyə 7 min 148 namizədi buraxmış, 9 min potensial namizəd kənarda qalmışdı.

Elə bu qədər namizədin seçkiyə buraxılmaması səbəbindən seçici fəallığının aşağı olacağı gözlənirdi. Ölkə liderləri isə əhalini səsverməyə getməyə çağırırdı.

Boş seçki məntəqələri

Daha çox adamın seçkiyə getməsi üçün hakimiyyət səsvermə müddətini üç dəfə uzadıb. VOA boş seçki məntəqələrini göstərən videoların sosial mediada yayıldığını xəbər verib. Almaniyanın dpa xəbər agentliyi Tehran rəsmilərinə istinadla bir çox səsvermə məntəqələrinin boş olduğunu bildirirdi.

Fars agentliyi ölkə üzrə seçici fəallığının 40, Tehranda 30 faiz olduğunu hesablayıb. Britaniyanın “Guardian” qəzeti isə Tehranda fəallığın 20-25 faiz olduğunu yazıb.

Fevralın 23-də Ali dini lider Ayətulla Ali Khamenei seçkiyə gözləndiyindən daha az seçicinin getməsi şübhələrini təsdiqləmiş kimi görünüb, buna görə koronovirus təhlükəsini şişirdən düşmən “propaqandası”nı suçlayıb.

“Onların mediası adamları çəkindirmək, xəstəlik və virus bəhanəsinə ələ atmaq üçün kiçicik fürsəti belə qaçırmadılar”, – Khamenei Tehrandakı ofisindən deyib.

İranda koronovirusdan artıq 8 nəfər dünyasını dəyişib. Bu, virusun episentri sayılan Çindən kənarda qeydə alınan ən yüksək ölü sayıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG