Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:58

İranlılar deputat seçirlər


Tehranda seçki posterləri
Tehranda seçki posterləri

Fevralın 21-də İranda parlament seçkiləri keçirilir. Namizədlərin hamısı sərt-xətt tərəfdarı ruhanilərin yoxlamasından sonra seçkiyə buraxılıb, minlərlə islahatçı və mötədil isə seçkidən kənarda qalıb.

Mühafizəkar ruhanilərin Mühafizzlər Şurası seçkiyə 7 min 148 namizədi buraxıb. Şura 9 min iranlının müraciətini rədd edir.

Parlamentdə 290 yer uğrunda mübarizə aparılır.

Mövcud parlamentin 90 üzvünün namizədliyi rədd olunub, onların çoxu mötədillər və islahatçılar kimi tanınırdı.

Seçki qabağı Birləşmiş Ştatlar namizədlərin seçkiyə buraxılmamasına görə Mühaffizlər Şurasının beş rəsmisinə sanksiyalar tətbiq edib. Onların içində qurumun ultra-mühafizəkar katibi Ahmad Jannati də var.

İranda səsvermə məntəqələri yerli vaxtla səhər 8-də açılır, axşam 6-da bağlanır.

Bir həftəlik rəsmi kampaniya isə fevralın 19-da başa çatıb. Seçkidən bir gün öncə sükut günü idi.

Mühaffizlər Şurası namizədlərin seçkiyə buraxılmamasını müdafiə edib. Şura ölkənin 58 milyonluq seçisindən azı 50 faizinin seçkiyə gedəcəyni gözlədiyini açıqlayıb.

“Seçici fəallığının yaxşı olacağını gözləyirik. Ortalama seçici fəallığı adətən 50 faizdən az olmayıb, bu dəfə də 50 faizlik fəallıq gözləyirik”, – Mühaffizlər Şurasının sözçüsü Abbas Ali Kadkhodaei fevralın 19-da deyib.

50 faizlik seçici fəallığı gözləyirlər

İran rəsmiləri 2016-cı ildə parlament seçkisinə seçicilərin 60 faizə qədərinin getdiyini açıqlamışdı.

21 fevral seçkisi İranın mühafizəkar ruhani isteblişmentinin populyarlığı üçün bir sınaq sayılır.

Bu arada ölkədə rəsmi korrupsiya, iqtisadi durumun pisləşməsi, İranın müdafiə qüvvələrinin Ukrayna sərnişin təyyarəsini vurmasından dolayı ictimai narazılıq yaşanır.

Birləşmiş Ştatların “maksimum təzyiq” kampaniyası, iqtisadi sanksiyaları isə milli valyuta olan rialı çökdürüb.

Son aylar İranda bir neçə etiraz aksiyaları keçirilib. Noyabrda hökumət yanacağın qiymətini artıranda 100-dən artıq şəhərdə etiraz aksiyaları təhlükəsizlik qüvvələri tərəfindən zorakılıqla yatırdıldı.

Ali dini lider Ayətulla Ali Khamenei fevralın 21-də səs verəndən sonra iranlıları seçkiyə getməyə çağırıb:

“Səs vermək dini vəzifədir… bu, İranın milli maraqlarını da təmin edir… İranlıları tezdən səs verməyə çağırıram”, – Khamenei söyləyib.

Boykot çağırışı

Bəzi iranlılar isə seçkini rəqabətsiz, onda iştirakı mənasız sayırlar.

Parisdə mənzillənən siyasi fəal Ali Keshtgar AzadAvropa/AzadlıqRadiosu-nun Fərda Radiosuna deyib ki, yalnız Khamenei-yə sadiq namizədlər seçkiyə buraxılıb.

“İsteblişment tənqidçilərinin seçkiyə daxil olmaq şansı yoxdur”, – Keshtgar vurğulayıb.

Həbs olunmuş insan haqları fəalı Narges Mohammadi rejimin repressiyasına etiraz olaraq seçkini boykota çağırıb.

“Biz ən sivil qaydada ayağa qalxaraq hökumətin repressiv siyasətinə cavab olaraq güclü boykot kampaniyası başlatmalıyıq”, – Mohammadi deyir.

Müşahidəçilərin fikrincə, ölkədə beş nəfərin koronavirusa yoluxması haqda rəsmi açıqlama seçici fəallığına təsir göstərə bilər.

Şiələrin müqəddəs Qum şəhərində artıq iki nəfər virusdan dünyasını dəyişib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG