Keçid linkləri

Təcili xəbərlər
2020, 09 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:43

ABŞ-Taliban sazişi fevralın 29-da ‘imzalana bilər’


Mike Pompeo (solda)

Əgər bu gecədən qüvvəyə minən “zorakılığın azaldılması” həftəsi uğurlu olsa, fevralın 29-da Birləşmiş Ştatlarla Taliban arasında sülh sazişi imzalana bilər. Bunu ABŞ Dövlət katibi Mike Pompeo fevralın 21-də deyib.

Pompeo bəyanatında bildirib ki, Birləşmiş Ştatlar və Taliban Əfqanıstandakı münaqişəyə son qoyacaq siyasi həlli asanlaşdırmaq üçün danışıqlar aparırlar, məqsəd həm də ABŞ-ın regiondakı iştirakını azaltmaqdır.

“Son həftələr Milli Vəhdət Hökuməti ilə məsləhətləşmələr əsasında ABŞ-ın Dohadakı təmsilçiləri Talibanla Əfqanıstan boyunca zorakılığın ciddi şəkildə azaldılması üzrə anlaşma əldə ediblər”, – Pompeo vurğulayıb.

“Bu anlaşma uğurla yerinə yetirilərsə, ABŞ-Taliban razılaşmasının imzalanması irəli aparıla bilər. Fevralın 29-da imzalamaya hazırlaşırıq”, – Pompeo deyib.

Taliban da yazılı bəyanatda fevralın 29-da “beynəlxalq müşahidəçilər qarşısında” razılaşmasının imzalanmasının planlaşdırıldığını təsdiqləyib, “əfqandaxili danışıqların təməli məsələsinin həll olunacağını” deyib. Amma bu danışıqların nə vaxt başlanacağı açıqlanmayıb.

Taliban indiyədək Əfqanıstan hökuməti ilə birbaşa danışıqlardan imtina edib, onu ABŞ-ın oyuncağı adlandırıb.

***

Bu gecədən Əfqanıstanda zorakılıq ‘azaldılacaq’

Bu gecə yarıdan keçincə Taliban, ABŞ və Əfqanıstan təhlükəsizlik qüvvələri arasında “zorakılığın azaldılması” həftəsi başlamalıdır. Bunu aparıcı rəsmi fevralın 21-də bildirib. Bu açıqlama Vaşinqtonla silahlılar arasında mümkün sövdələşmə imzalanmazdan öncə verilib.

Əfqanıstanın Milli Təhlükəsizlik Şurasının sözçüsü Javed Faisal bildirib ki, plana əsasən, bir həftə ərzində zorakılıq azaldılmalıdır.

ABŞ rəsmiləri, Talibanın sözçüsündən açıqlama almaq hələlik mümkün olmayıb.

Taliban liderinin müavini, dünyada ən çox axtarılan silahlılardan biri Sirajuddin Haqqani fevralın 20-də “New York Times”da məqaləsində yazıb ki, əfqan üsyançılar Vaşinqtonla razılaşmaya “tam sadiqdirlər”.

Haqqani həm də ABŞ-ın terrorçu hesab etdiyi Haqqani şəbəkəsinin lideridir. Bu qruplaşma Əfqanıstanda əfqan və ABŞ-ın liderlik etdiyi NATO qüvvələri ilə mübariz aparan ən təhlükəli fraksiyalardan sayılır.

Talibanın sözçüsü Suhail Shaheen bu həftə bildirib ki, razılaşma əldə olunub və fevralın sonu gəlməmiş “imzalanacaq”.

“The New York Times” ötən həftə yazırdı ki, Prezident Donald Trump sülh sazişinə “şərti” razılığını verib.

XS
SM
MD
LG