Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Yoxsul ölkələrdə xarici yardımı necə mənimsəyiblər


İllüstrativ foto
İllüstrativ foto

Dünya Bankı saytında “Elitaların xarici yardımı mənimsəməsi. Ofşor hesablardan dəlillər” adlı hesabat dərc edib. Hesabatda 22 ölkənin adları çəkilir, onlarında sırasında Qırğızıstan və Ermənistan da var.

Araşdırma müəllifləri 3 iqtisadçıdır, biri Dünya Bankının əməkdaşıdır.

Onlar Dünya Bankının imtiyazlı kreditlər və qrantlarından daha çox asılı olan 20-dən artıq ölkədən valyuta köçürmələrini tədqiq ediblər.

7,5 faizdən 15 faizədək

Aydın olub ki, bu ölkələr ciddi məbləğdə – ÜDM-nin 1 faizindən artıq yardım alan kimi onlardan ofşorlara pul axını başlanıb. Əldə olunan vəsaitin ortalama 7,5 faizi qədər pul köçürülüb. BBC-yə araşdırmaya istinadla yazır ki, yardımın daha böyük hissəsinin oğurlandığı ehtimal olunur.

“Bu təvazökar məbləğ aşağı həddir, yalnız xarici hesablara köçürülən vəsait öyrənilib, əmlaka, dəbdəbəli əşyalara və başqa şeylərə xərclənənlər buraya daxil deyil”, – tədqiqatda vurğulanır.

Ekspertlər qeyd edirlər ki, yardımın məbləği ÜDM-nin 3 faizinə yüksəlirsə, ölkədən axan pulun həcmi 15%-dək qalxır.

Sözügedən ölkələr sırasında Əfqanıstan, Burkina Faso, Burundi, bir sıra digər Afrika ölkələri yer alıb.

Bu ölkələr ona görə tədqiqat obyekti kimi seçiliblər ki, yardımın həcmi onların iqtisadiyyatının ölçüsüylə müqayisədə əhəmiyyətlidir, yerli bank sistemi isə ya inkişaf etməyib, ya da heç mövcud deyil – yəni ölkədən pul axınını yaxşı görmək olur.

BBC qeyd edir ki, tədqiqat noyabrda hazır olub, ancaq Dünya Bankı onu indi açıqlamaq qərarına gəlib. Nəşrin yubanması “gəlinən nəticələrlə bağlı şübhələrin olmasyıyla” izah olunur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG