Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:35

Bezos iqlim dəyişikliyinə görə 10 milyard dollarından keçir


Jeff Bezos, arxiv fotosu
Jeff Bezos, arxiv fotosu

“Amazon” şirkətinin qurucusu Jeff Bezos bazar ertəsi bildirib ki, şəxsi sərvətinin 10 milyard dollarını iqlim dəyişikliyi ilə mübarizəyə ayırmağı planlaşdırır.

Dünyanın ən varlı adamı sayılan Bezos Instagram-da yazıb ki, bu yaydan başlayaraq Yeri qorumağa çalışan alimlərə, fəallara, qeyri-hökumət təşkilatlarına qrantlar ayıracaq.

“İqlim dəyişikliyinin dağıdıcı təsiri ilə mübarizədən ötrü bəlli yolları gücləndirmək və yeni yolların tapılması üçün digərləri ilə işləmək istəyirəm”, – Bezos yazıb.

Bezosun idarə etdiyi “Amazon”un ətraf mühitə buraxılan karbon qazında payı böyükdür. Şirkət rəsmiləri ötən il bildiriblər ki, 2030-cu ilədək işlətdiyi enerjini bütünlükdə günəş panelləri və digər bərpaolunan enerji mənbələrindən alacaq.

Öz pulundan xərcləyəcək

İnternet ticarətçisi olan şirkət dünyanın müxtəlif yerlərinə milyardlarla məhsulun göndərilməsində təyyarələrdən, yük maşınlarından, vaqonlardan istifadə edir və bunların da hamısı mədən yanacağı ilə işləyir. Amazonun Sietldəki işçiləri şirkətin bu sahədəki təcrübəsini tənqid edir, onu iqlim dəyişikliyi ilə daha artıq mübarizəyə təhrik edir.

Bezos fevralın 17-də deyib ki, yeni təşəbbüsünü Bezos Yer Fondu adlandıracaq. Amazonun sözçüsü Bezosun fonda öz pulundan xərcləyəcəyini təsdiqləyib.

Dünyada ən zənginlər sırasında olmağına baxmayaraq Bezos digər milyarderlər Bill GatesWarren Buffett kimi xoşniyyətli işlərə bu yaxınlarda ianə etməyə başlayıb. O, 2018-ci ildə bir fond yaradıb, azgəlirli ərazilərdə ibtidai məktəblər açmağa, evsiz ailələrə kömək edən təşkilatlara 2 milyard dollar ayırıb.

Bezos Amazon şirkətini 25 il qabaq yaradıb, şirkətdəki payının dəyəri 100 milyard dollardan artıqdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG