Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:28

Dünyanın ən varlı ailəsinin ən bahalı boşanması


Jeff və MacKenzie Bezoslar 2018-ci ildə
Jeff və MacKenzie Bezoslar 2018-ci ildə

Amazon Inc. şirkətinin başçısı Jeff Bezos arvadı MacKenzie Bezosla aralarındakı boşanma şərtlərini yekunlaşdırıb.

Tarixdə ən bahalı boşanma olduğu söylənən bu razılaşmanın əsasında MacKenzie internet satış şirkətində 35 milyard dollardan çox səhm payına malik olacaq.

Bezos bütün səsvermə hüquqlarını özündə saxlamaqla 143 milyardlıq səhm paketinin 75 faizini əldə edəcək.

Bezos ailəsi aprelin 4-də bildirib ki, boşanmadan sonra MacKenzie Bezos Amazonda 4 faiz, dünyanın ən zəngin insanlarından biri olan Jeff Bezos isə dəyəri 108 milyard dollar olan 12 faiz paya malik olacaq.

MacKenzie Bezos deyib ki, The Washington Post qəzetindəki bütün maraqlarını ərinə verir. Jeff Bezos bu qəzeti 2013-cü ildə alıb.

Cənab Bezos həmçinin əsasını qoyduğu Blue Origin kosmik şirkətindəki maraqlarını özündə saxlayacaq.

Bezoslar bu ilin yanvarında boşanmaq niyyətlərini bəyan edəndə Amazon şirkətinin səhmdarları şirkətin gələcəyi üçün narahatlıqlarını bildirmişdilər.

Dörd övladı olan cüt 25 il idi ki, evliydi.

Boşanma prosesinin 90 gün ərzində başa çatacağı gözlənilir.

XS
SM
MD
LG