Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Almaniya prezidenti Rusiyanı, Çini və…ABŞ-ı ittiham edir


Frank-Walter Steinmeier
Frank-Walter Steinmeier

Almaniya prezidenti Münhendə keçirilən Təhlükəsizlik Konfransının açılışında deyib ki, Rusiya və Çin Amerika Birləşmiş Ştatları ilə birlikdə qlobal sabitsizlik yaradırlar və dünya yenidən “superdövlət” və “nüvə silahı yarışmasına” yuvarlanır.

Frank-Walter Steinmeier fevralın 14-də deyib ki, “Rusiya yenidən hərbi gücə çevrilib və Avropa qitəsinin sərhədlərinə doğru zorakı dönüş edib”.

Almaniya prezidenti bildirib ki, Çin beynəlxalq qanunlara onlar yalnız onun maraq və məqsədlərinə uyğun gələndə əməl edir:

"Bizim ən yaxın müttəfiqimiz Amerika Birləşmiş Ştatları hazırkı administrasiyanın rəhbərliyi altında beynəlxalq icma ideyasından imtina edir”.

Steinmeier ABŞ prezidenti Donald Trump-ın məşhur “Amerikanı yenidən möhtəşəm edək” şüarına işarə vuraraq deyib:

“Bəli, qonşuların və partnyorların hesabına “yenidən möhtəşəmlik…”

Steinmeier deyib ki, “daha çox etimadsızlıq, daha çox silahlanma, daha az təhlükəsizlik…birbaşa nüvə silahlanması yarışına aparır”.

***

Fevralın 14-də başlanan Münhen Təhlükəsizlik Konfransına 35-dək dövlət və hökumət başçısı, təhlükəsizlik lideri, diplomat qatılacaq.

Fransa Prezidenti Emmanuel Macron, Kanadanın Baş naziri Justin Trudeau və NATO-nun Baş katibi Jens Stoltenberg tədbirdə iştirak etməlidir. Konfrans fevralın 16-dək davam edəcək.

İştirakçılar sırasında ABŞ-ın Dövlət katibi Mike Pompeo, Çinin Xarici işlər naziri Wang Yi, İranın Xarici işlər naziri Mohammad Javad Zarif-in də adları var.

Bu illik konfrans illərdir dünyanın aparıcı təhlükəsizlik liderlərinin toplantısına çevrilib, bəzən ABŞ-Avropa münasibətlərinin gərginləşdiyi dönəmlərdə də baş tutub. 2003-cü ilin əvvəlində İraq müharibəsi ilə bağlı müzakirələr buna nümunədir.

Münasibətlərdəki indiki gərginlik əvvəlki dönəmləri aşır. Belə ki, İranla bağlı siyasət narazılıq yaradır, ABŞ Prezidenti Donald Trump tələb edir ki, avropalı müttəfiqlər müdafiə xərclərini artırsınlar və amerikalı vergiödəyicilərin yükünü azaltsınlar.

Tədbir zamanı etirazlar gözləndiyindən təhlükəsizliyin qorunmasına 3 min 900-dək polis əməkdaşı cəlb olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG