Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:10

Rusiya ABŞ-ın casus peykini ‘izləyir’


General John Raymond
General John Raymond

Yeni yaradılmış ABŞ Kosmik Qüvvələri casus peykinin Rusiyanı iki peyki tərəfindən izləndiyini deyib, bunu “narahatedici davranış” adlandırıb. Moskva isə fevralın 11-də buna təmkinli cavab verib.

Kosmik Qüvvələrin fəza əməliyyatları rəhbəri, General John Raymond fevralın 10-da “Time” dərgisinə deyib ki, Rusiyanın iki peyki ABŞ peykinə həddən artıq yaxınlaşıblar, 160 kilometrliyinə gedib çıxıblar.

“Bu davranışı qeyri-adi və narahatedici sayırıq. Bu, fəzada təhlükəli vəziyyət yarada bilər”, – Raymond vurğulayıb.

Bir peykin içindən ikinci çıxıb

Rusiya Xarici işlər nazirinin müavini Sergei Ryabkov ertəsi gün “AFP”yə müsahibəsində durumla bağlı Vaşinqtondan mesaj aldığını təsdiqləyib, Moskvanın “bunu öyrənəndən sonra cavablandıracağını” deyib.

O, fəzada belə manevrləri “bir çox ölkələrin” yol verdiyi ümumi davranış adlandırıb, Rusiyanın xəbər agentlikləri yazırlar.

Rusiya digər kosmik gəmini izləyən peyklərini “müfəttiş peyklər” olduğunu deyir.

Rusiyanın noyabrda buraxdığı kosmik obyekt bir peyk hesab olunsa da, sonradan içindən ikincisi çıxıb, sanki “bunu doğub”, – ABŞ-ın hərbi analitikləri Space.com-a deyiblər.

Məlumatlara görə, ilk dəfədir ki, ABŞ ordusu kosmik obyektlərinə başqa bir ölkə tərəfindən təhdid yarandığını açıq bildirir.

Kosmik Qüvvələr dekabrda yaradılıb, ABŞ ordusunun altıncı rəsmi qanadıdır. Digərləri ordu, hava qüvvələri, donanma, dəniz piyadaları və sahil mühafizəsidir.

Prezident Donald Trump 2021-ci il üçün büdcə təklifində yeni Kosmik Qüvvələr üçün 15,4 milyard dollar vəsait nəzərdə tutub. Raymond bu qüvvələrin “texnologiyaya fokuslanan xidmət” olacağını deyir.

XS
SM
MD
LG