Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Jurnalistin maşınının yandırılmasında polis izi


Halyna Tereshchuk-un yandırılmış avtomobili
Halyna Tereshchuk-un yandırılmış avtomobili

Ukrayna Baş Prokurorluğunun Lvovdakı idarəsi polis mayoruna qiyabi ittihamlar irəli sürüb. O, AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Halyna Tereshchuk-un maşınının yandırılmasına göstəriş verməkdə ittiham olunur.

Lvov regionu üzrə baş prokuror Iryna Didenko müvafiq sənədi fevralın 11-də imzalayıb, şübhəlinin Lvov region polisinin 43 yaşlı mayoru olduğu müəyyənləşib.

Onun maşının yandırılmasının təşəbbüskarı ilə əməkdaşlıq etdiyi, cinayəti törətməyə adam axtardığı, ona pul verdiyi deyilir. Açıqlamanı Didenko verib.

Şübhəli ölkə boyunca axtarış siyahısına salınıb.

Fəallara qarşı tendensiya

Bu ayın əvvəlində polis 48 yaşlı bir kişini saxlayıb, onun yanvarın 29-da gecə Tereshchuk-un avtomobilinə od vurduğu iddia olunur.

O, keçmiş məhbusdur, kriminal aləmdə qara bazar sxemləri, Lvov dəmiryolundan yanacaq oğurlaması ilə ad çıxarıb.

Hər iki şübhəli əmlakın bilərəkdən dağıdılması və ziyan vurulmasına görə mühakimə olunacaq. Bu cinayətə görə 6 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulub.

2000-ci ildən AzadlıqRadiosu üçün işləyən jurnalist deyib ki, hücumun onun peşəkar fəaliyyəti ilə bağlı olmasından şübhələnir.

Bu işi prokurorlar və Təhlükəsizlik Xidmətinin (SBU) müstəntiqləri birgə araşdırır.

“Freedom House” insan haqları təşkilatının Ukrayna bölümü Tereshchuk-un, eləcə də yanvarın 29-da Zaporojyedən olan fəal Andriy Lukinin avtomobilinin yandırılmasını pisləyib.

Qurum bildirib ki, “yandırmaq, yaxud avtomobil və əmlakı başqa formada dağıtmaq Ukraynada fəallara qarşı getdikcə daha çox istifadə olunur”.

Təşkilat ötən il fəalların əmlakının dağıdılması ilə bağlı 11 halın qeydə alındığını vurğulayıb. “Bu işlərin demək olar heç birində cinayətkarlar tapılıb cəzalandırılmayıb”, – qurum bəyan edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG