Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Araşdırmaçı jurnalist və insan haqları müdafiəçisi hücuma məruz qalıb


Yelena Milashina
Yelena Milashina

Rusiyanın Çeçenistan regionunda araşdırmaçı jurnalist Yelena Milashina və insan haqları müdafiəçisi Marina Dubrovina hücuma məruz qalıblar.

Moskvada mənzillənən “Novaya Gazeta” xəbər verir ki, reportyoru və insan haqları vəkili tanınmış bloqerin məhkəməsini izləmək üçün Çeçenistan paytaxtı Qroznıya gediblər. Fevralın 6-da axşam bir qrup naməlum şəxs onlara hücum çəkib.

Milashina “Facebook” social şəbəkəsində insidentlə bağlı polisə şikayətinin surətini yayıb.

Bloqer nədə ittiham olunub

Qadınların da olduğu dəstə Milashina və Dubrovinaya otel girəcəyində hücum çəkib, onları yumruqlayıb və təpikləyib.

Qəzet naməlum şəxslərin insidenti lentə aldığını yazır.

Qadınlar Qroznıya yerli bloqer Islam Nukhanov-un məhkəməsini izləməyə gediblər. Bloqer Çeçenistan lideri Ramzan Kadyrov-un qohumları və ailə üzvlərinin yaşadığı iddia olunan varlı məhəlləni çəkərək internetdə yerləşdirib.

Nukhanov qanunsuz silah saxlamaqda ittiham olunur.

Yelena Milashina Çeçenistanda insan haqlarının acınacaqlı vəziyyətinə dair araşdırmaçı yazıları ilə tanınıb. Kadyrov isə onun yazdıqlarını rədd edib.

İnsan haqları qrupları deyirlər ki, 2007-c ildən Çeçenistana rəhbərlik edən Kadyrov repressiv tədbirlərə əl atır, regionda təhlükəsizlik qüvvələri üçün cəzasızlıq mühiti yaradıb. Onlar siyasi opponentlərin Çeçenistan hakimiyyəti tərəfindən qorxudulması, zorakılıq üçün Kadyrov-un tam məsuliyyət daşıdığını deyirlər. Regionda adam oğurluğu, yoxaçıxmalar, işgəncə, məhkəmədən kənar qətl hadisələri də baş verir.

Kremlin tənqidçilərinin fikrincə, Prezident Vladimir Putin bütün bunlara göz yumur, çünki Çeçenistanda separatçı əhvalın nəzarətdə saxlanmasında keçmiş komandir Kadyrov-a etibar edir. Sovet İttifaqı dağılandan sonra Çeçenistanda iki müharibə baş verib, islamçıların silahlı mübarizəsi Şimali Qafqazdakı digər müsəlman regionlara da yayılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG