Keçid linkləri

Təcili xəbərlər
2020, 08 İyul, çərşənbə, Bakı vaxtı 18:38

İraqla Rusiya hərbi əməkdaşlığı müzakirə edir


Moskvadakı İran səfirliyində Bağdadda vurulmuş General Qassem Soleimani anılır

İraqın Müdafiə Nazirliyi Rusiyayla hərbi əməkdaşlığı dərinləşdirmək imkanlarını müzakirə etdiyini bildirir. Bu arada Birləşmiş Ştatlar İraqda aparıcı İran generalını öldürəndən sonra Bağdadın Vaşinqtonla münasibətlərində gərginlik yaranıb.

Fevralın 6-da İraq ordusunun Baş qərargah rəisi, general leytenant Othman Al-Ghanimi Rusiyanın səfiri Maksim Maksimov və yeni təyin olunmuş müdafiə attaşesi ilə görüşüb.

Ghanimi Moskvanın İslam Dövləti ekstremist qruplaşması ilə mübarizədə rolunu alqışlayıb, deyib ki, rusiyalılar “silahlı qüvvələrimizi qabaqcıl və effektiv avadanlıq və silahlarla təmin ediblər və bu, bir çox döyüşlərin həllində böyük rol oynayıb”, – nazirliyin bəyanatında deyilir.

Bəyanatda tərəflərin “əməkdaşlıq və koordinasiya” perspektivlərini müzakirə etdiyi, Maksimovun Ghanimi-ni Rusiyaya səfərə dəvət etdiyi vurğulanır.

Moskva informasiyanı hələlik, şərh etməyib.

2003-cü ildə Saddam Hussein ABŞ işğalı nəticəsində devriləndən İraq Vaşinqtonun hərbi və maliyyə dəstəyindən çox asılıdır. Ancaq Bağdad eyni zamanda Vaşinqton və Tehranla münasibətlərini balanslaşdırmağa çalışır. İranın bu ölkədəki şiə döyüşçülər üzərində nüfuzu böyükdür.

XS
SM
MD
LG