Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 15:29

Lerikdə bəzi kəndlər işıqsız qalıb


Elektrik dirəyi. Foto arxiv

Azərbaycanın cənub bölgəsində əsən güclü külək Lerik rayonunda fəsadlar törədib, bir sıra yerlərdə elektrik dirəklərini aşırdıb. Bəzi yaşayış məntəqəsi işıqsız qalıb.

Lerik rayon sakinlərinin sözlərinə görə, elektrik dirəklərinin bəziləri çürükdür, külək əsən kimi sıradan çıxır. Onların deməsinə görə, rayon ərazisində dirəklərin dəyişdirilməsi prosesi ləng gedir.

«Günün axırına işiqlarin bərpası nəzərdə tutulur»

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov isə elektrik xətlərini bərpa etmək üçün işlərin getdiyini söyləyib: «Bizdə üç gündür ardıcıl külək möhkəm əsir. Dünən, fevralın 5-də işıqlar tam bərpa edilmişdi. Axşam yenə külək əsdi, müəyyən ərazilərimizdə problem yaranıb. Lənkərandan, Masallıdan gələn briqadalar ərazilərdə işləyir. Material da verilib. Günün axırına işıqların bərpası nəzərdə tutulur. Dörd ərazidə işıq problemi var».

Multimedia

XS
SM
MD
LG