Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 02:38

İstanbulda təyyarə zolaqdan çıxıb, 3 nəfər həlak olub


Hadisə yeri

İstanbul aeroportunda sərnişin təyyarəsi sürüşərək zolaqdan çıxıb və 3 hissəyə parçalanıb. Nəticədə üç nəfər həyatını itirib, 179 nəfər xəsarət alıb. Açıqlamanı Türkiyənin Səhiyyə naziri Fahrettin Koca verib.

Nəqliyyat naziri Mehmet Cahit Turhan fevralın 6-da deyib ki, Boeing 737 sürətini azalda bilməyib və Sabiha Gokcen aeroportuna “sərt eniş” edib.

Pegasus Airlines şirkətinə məxsus təyyarədə 177 sərnişin, altı heyət üzvü olub.

Təyyarə leysan yağış və güclü külək səbəbindən zolaqdan çıxıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər və xilasedicilər göndərilib.

“AP”nin əldə etdiyi videoda mühərriklərdən birindən tüstü qalxdığı, sərnişinlərin təyyarənin korpusundan qanadları üzərinə tullandığı, hadisə yerindən uzaqlaşmağa çalışdığı görünür.

Digər videoda isə təyyarəyə ciddi ziyan dəydiyini, korpusunun üç yerə parçalandığını görmək mümkündür.

Təyyarə İstanbula İzmirdən gəlirdi.

XS
SM
MD
LG