Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:04

Moskvada prokurorlar jurnalistdən üzr istədilər


Ivan Golunov məhkəmədə, noyabr, 2019-cu il
Ivan Golunov məhkəmədə, noyabr, 2019-cu il

Moskvanın Qərb Regionunun Prokurorluğu araşdırmaçı jurnalist Ivan Golunov-dan qanunsuz təqibə görə üzr istəyib.

“Qərb administrativ regionunun prokurorluğu jurnalist Ivan Golunov-a əsassız cinayət təqibinə görə rəsmi üzrxahlıq göndərib”, – idarənin fevralın 5-də yaydığı bəyanatda deyilir.

37 yaşlı Golunov Latviyada mənzillənən “Meduza” onlayn xəbər portalı üçün çalışır. O, ötən ilin iyununda Moskvada guya qanunsuz narkotik satmağa cəhddə şübhəli bilinərək saxlanıb. İttihamlar sonradan qaldırıldı, onun saxlanmasında əli olan polis əməkdaşları isə ötən həftə həbs olundu.

Yanvarın sonunda Golunov yeni təyin olunmuş Baş prokuror Igor Krasnova şikayətində yazırdı ki, ötən il yanlış həbsinə görə ondan heç kəs üzr istəməyib.

Golunov-un vəkili Sergei Badamshin fevralın 4-də deyib ki, Baş Prokurorluq onun müvəkkilindən birbaşa üzr istəməkdən imtina edib, daha aşağı instansiyaya bundan ötrü göstəriş verib.

Jurnalist hələ də üzrxahlıq almadığını deyir

“Interfax” fevralın 5-də Golunova istinadla yazıb ki, o, işlə bağlı heç bir üzrxahlıq almayıb.

“Hələ heç nə almamışam. Qəribədir ki, mətbuat xidməti əvvəlcə mətbuat üçün açıqlama yayır. Onlar mənə zəng edərək üç dəqiqə danışıb sonra pres-reliz yaya bilərdilər”, – Golunov deyib.

Yanvarın 30-da Moskva məhkəməsi bildirib ki, narkotik maddələrlə mübarizə departamentinin jurnalisti həbs etmiş beş keçmiş əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib, onlar xidməti vəzifələrindən sui-istifadədə, dəlilin saxtalaşdırılmasında, narkotiklərdən qanunsuz istifadədə ittiham olunurlar.

Ötən il Golunov-un həbs olunması ictimai narazılığa səbəb olmuşdu. Moskva hakimiyyəti onu buraxdı və saxlanması üzrə araşdırmaya başladı. Golunovun saxlanma zamanı müxtəlif xəsarətlər alması da ayrıca araşdırılırdı.

İyulun ortasında üç polis əməkdaşı və onların rəisi Golunov saxlanarkən onun hüquqlarını pozmağa görə işdən çıxarılıb.

Golunov buraxılandan sonra Rusiya Prezidenti Vladimir Putin Moskva polis departamentinin narkotik maddələrə nəzarət direktorluğunun rəhbəri, General mayor Yury Devyatkin-i və Moskvanın Qərb administrativ regionunda polis rəisi, General mayor Andrei Puchkov-u işdən çıxardı.

Noyabrda bu işin məxfi kateqoriyasına salındığı açıqlandı. Golunov-un vəkilləri bu addımı sərt tənqid elədi. Onların fikrincə, məqsəd onların müştərisinin “yanlış həbsi”ni ört-basdır etməkdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG