Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Jurnalistə görə keçmiş polis əməkdaşları saxlanıb


Ivan Golunov məhkəmədə, arxiv fotosu
Ivan Golunov məhkəmədə, arxiv fotosu

Rusiyada araşdırmaçı jurnalist Ivan Golunov-a qarşı narkotik alveri işi ilə əlaqədar beş keçmiş polis əməkdaşı saxlanıb. Jurnalist ötən ilin iyununda həbs olundu, ictimai etiraz, polisdə korrupsiyayla bağlı iddialar səslənəndən sonra buraxıldı.

İstintaq Komitəsinin yanvarın 29-da bildirməsinə görə, polis əməkdaşları hazırda dindirilir.

Latviyada mənzillənən “Meduza” portalı üçün işləyən 37 yaşlı Golunov iyunda Moskvada saxlandı, onun qanunsuz narkotik maddə satmağa cəhd etdiyi bildirilir.

Bu hadisə böyük ictimai rezonans doğurdu, bir neçə gündən sonra ittihamlar qaldırıldı və jurnalist buraxıldı.

İttihamlar, eləcə də Golunov-un saxlanma zamanı aldığı xəsarətlər üzrə araşdırma başlanmışdı.

İyulun ortasında Golunov saxlanan zaman onun hüquqlarını pozduğuna görə üç polis əməkdaşı və onlara nəzarət edən şəxs işdən çıxarıldı.

Golunov buraxılandan sonra Rusiya Prezidenti Vladimir Putin Moskva polis departamentinin narkotik maddələrə nəzarət direktorluğunun rəhbəri, General mayor Yury Devyatkin-i və Moskvanın Qərb administrativ regionunda polis rəisi, General mayor Andrei Puchkov-u işdən çıxardı.

Noyabrda bu işin məxfi kateqoriyasına salındığı açıqlandı. Golunov-un vəkilləri bu addımı sərt tənqid elədi. Onların fikrincə, məqsəd onların müştərisinin “yanlış həbsi”ni ört-basdır etməkdir.

XS
SM
MD
LG