Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:35

Golunov Anna Politkovskaya mükafatı alıb


Ivan Golunov, arxiv fotosu

Rusiyanın araşdırmaçı jurnalisti Ivan Golunov peşəkar cəsarətə görə Anna Politkovskaya mükafatına layiq görülüb. Onun iyunda qondarma narkotik maddə ittihamıyla saxlanması Moskvada etirazlara səbəb olmuşdu.

36 yaşlı Golunov sentyabrın 9-da Moskvada xüsusi mərasimdə mükafatı alarkən deyib ki, onun iyunda düşdüyü situasiya ilə heç kəsin üzləşməsini istəyir.

“Bu, mənim deyil, hamımızın mükafatıdır”, – Golunov vurğulayıb.

Golunov qanunsuz narkotik maddə saxlamaq ittihamıyla həbs olunmuş, bir neçə gündən sonra buraxılmışdı. Həmkarları və etirazçılar ittihamın uydurulduğunu deyirdilər.

Bu insidentdən sonra Moskvada bir sıra yüksəkçinli polis əməkdaşları işdən çıxarıldı, təhqiqatlar başladıldı.

Rusiyanın Jurnalistlər Birliyi Kamerton mükafatını 2013-cü ildə araşdırmaçı jurnalist Anna Politkovskaya-nın şərəfinə təsis edib. Politkovskaya 2006-cı ildə Moskvada yaşadığı blokda qətlə yetirilib.

Bu mükafat jurnalistlərə cəsarətə, söz azadlığı prinsiplərinə sadiqliyə görə verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG