Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:14

Koronavirusdan ölənlərin sayı 500-ə yaxınlaşır


Hubeyin paytaxtı Vuhan şəhəri
Hubeyin paytaxtı Vuhan şəhəri

Çində koronovirusdan ölənlərin sayı 490-a çatıb. Fevralın 4-də açıqlanmış məlumata görə, ümumilikdə virusa 24 min 324 nəfər yoluxub. Bunu ölkənin Milli Səhiyyə Komissiyası bildirir.

65 yeni ölüm halı virusun episentri sayılan Hubey vilayətində qeydə alınıb.

Dekabrda virusdan ilk ölüm halları üzə çıxandan bu, bir gündə qeydə alınan ən çox ölümdür.

Milyonlarla çinliyə evdən çıxmamaq tapşırılıb. 50 milyondan çox adamın yaşadığı Hubeydə karantin tədbirləri görülüb.

Ümumilikdə 20-dən artıq ölkədə virusa 175 yoluxma halı barədə informasiya açıqlanıb. Çinə bu yaxınlarda səfər etməmiş şəxslər arasında virusun adamdan adama keçməsi halları mövcuddur.

Yoluxma hallarının 99 faizi Çində olsa da...

Rusiya və Birləşmiş Ştatlar daxil bir sıra ölkələr Çinə aviareysləri təxirə salıb. Səyahət qadağaları tətbiq edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusla bağlı qlobal həyəcan vəziyyəti elan edib. Virusun dekabrda Hubeyin paytaxtı Vuhanda diri heyvan bazarından qaynaqlandığı güman edilir.

“Yoluxma hallarının 99 faizi Çindədir, dünyanın qalan hissəsində cəmi 176 hal aşkarlanıb. Ancaq bu, vəziyyətin daha da pisləşməyəcəyi anlamına gəlmir. Əmin olmaqdan ötrü hərəkət etmək fürsətimiz var”, – ÜST rəhbəri Tedros Adhanom Ghebreyesus fevralın 4-də deyib.

Bu arada Yaponiyanın səhiyyə naziri fevralın 5-də bildirib ki, karantində saxlanan gəmidə azı 10 sərnişində virus aşkarlanıb. Kruiz gəmisində 3 min 711 nəfər var.

Çin rəhbərliyi fevralın 3-də ölkənin virusun yayılmasına reaksiyasında “qüsurlar”ın olduğunu etiraf edib.

Politbüro Daimi Komitəsi bazarlara nəzarəti gücləndirməyə çağırıb, qanunsuz diri heyvan bazarı ilə mübarizənin gərəkdiyini vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG