Keçid linkləri

Təcili xəbərlər
2020, 04 İyul, şənbə, Bakı vaxtı 16:59

İranda bir nəfər ‘casusluğa görə’ ölümə məhkum edilib


Gholamhossein Esmaili

İranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) üçün casusluq ittihamıyla bir nəfər ölümə, iki nəfər həbs cəzasına məhkum edilib. Bunu İran ədliyyəsi fevralın 4-də bildirib.

İran Ali Məhkəməsi Amir Rahimpour-un ölkənin nüvə proqramı haqda Birləşmiş Ştatlara informasiya ötürmək cəhdi və casusluğa görə ölüm cəzasına məhkum edildiyini təsdiqləyib. Ədliyyənin sözçüsü Gholamhossein Esmaili hökmün tezliklə yerinə yetiriləcəyini bildirib

O deyib ki daha iki nəfər MKİ üçün casusluq, İranın dövlət təhlükəsizliyinə qarşı hərəkətlərdə təqsirli bilinərək həbs cəzasına məhkum edilib. Həmin şəxslərin xeyriyyə təşkilatında çalışdığı, 5 və 10 il həbsə məhkum edildiyi bildirilir.

Hökm yekunlaşdırılmadığından fərdlərin adları açıqlanmır.

Bundan əlavə detal açıqlanmayıb.

XS
SM
MD
LG