Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:53

İranlı tələbələr ABŞ-dan qanunsuz deportasiya olunduqlarını deyirlər


Arxiv fotosu

Avqustdan bəri Birləşmiş Ştatlara təhsil almağa buraxılmayan azı 10 iranlı kollec tələbəsindən ikisi Daxili Təhlükəsizlik Departamentinə şikayət təqdim edib. Tələbələr Bostonun Loqan Beynəlxalq Aeroportundan yanlış olaraq deportasiya olunduqlarını, federal məmurlar tərəfindən pis rəftara məruz qaldıqlarını deyirlər.

İki ayrı-ayrı şikayətdə departamentdən xahiş edilir ki, Gömrük və Sərhəd Mühafizəsi əməkdaşlarının davranışı araşdırılsın. Tələbələr Birləşmiş Ştatlara qanunsuz olaraq buraxılmadıqlarını deyirlər.

İddia qaldıranlardan Shahab Dehghani Şimal-şərq Universitetinin tələbəsidir. Reihana Emami Arandi isə Harvard Universitetində dərsə başlamalıydı.

35 yaşlı Arandi şikayətində yazır ki, sentyabrın 18-də saxlanaraq səkkiz saata yaxın həyatı, Yaxın Şərqdə son hadisələr daxil baxışları barədə sorğu-sual olunub. Vəkillərinin sözlərinə görə, o, son illər Bostonda təhsil üçün üç dəfə Birləşmiş Ştatlara daxil olub. Yanvarda isə deportasiya edilib.

Şikayətçilər ABŞ-a girəndə vizaları olub və dediklərinə görə, vizanı almamışdan Dövlət departamentinin müvafiq yoxlamasından keçiblər.

XS
SM
MD
LG