Keçid linkləri

Təcili xəbərlər
2020, 04 İyul, şənbə, Bakı vaxtı 15:04

Pompeo Qazaxıstanı tərifləyir


Mike Pompeo (solda) AzadAvropa/AzadlıqRadiosuna müsahibə verir

ABŞ Dövlət katibi Mike Pompeo Qazaxıstanı “real islahatlar”a görə tərifləyib, deyib ki, Vaşinqton bu neftlə zəngin ölkənin “transformasiyasına köməyə hazırdır”.

Fevralın 2-də paytaxt Nur-Sultanda AzadAvropa/AzadlıqRadiosuna danışan Pompeo Qazaxıstanı Vaşinqtona qoşularaq Çinə Sintzyan regionunda müsəlman azlıqlarla rəftarına görə təzyiq göstərməyə çağırıb. Onun sözlərinə görə, Amerika Orta Asiyanın “çiçəklənməsi”ni görmək istəyir.

Pompeo Nur-Sultanda aparıcı rəsmilərlə görüşüb, Birləşmiş Ştatların Qazaxıstana dəstəyini ifadə edib.

Bu arada Vaşinqton regionda nüfuz uğrunda Moskva və Pekinlə yarışma halındadır. Vaşinqton Qazaxıstanı Orta Asiyada Rusiyaya qarşı balans yaradacaq qüvvə kimi görür. ABŞ-ın neft şirkətləri Xəzər Dənizində yataqların işlənməsi üçün birgə müəssisələrə milyardlarla sərmayə qoyub.

“Biz Orta Asiyada hər bir ölkənin müstəqil və suveren görmək istəyirik, hər hansı başqa ölkənin əlavəsi, yaxud vassalı kimi deyil”, – Pompeo deyib.

O, Prezident Qasym-Zhomart Toqaev, onun sələfi Nursultan Nazarbaev və Xarici işlər naziri Mukhtar Tileuberdi ilə görüşüb. Daha sonra Özbəkistana yola düşüb.

XS
SM
MD
LG