Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 08:53

ABŞ İranın hücumunda xəsarət alanların sayını 4-cü dəfə qaldırır


İranın raket zərbəsinin iddia olunan görüntüsü

ABŞ ordusu bu ayın əvvəlində İraqdakı bazaya İranın raket zərbəsində beyin xəsarətləri almış hərbçilərinin sayını bir daha qaldırıb.

Pentaqonun sözçüsü Thomas Campbell yanvarın 30-da deyib ki, “64 ABŞ hərbçisinə travmatik beyin xəsarəti diaqnozu qoyulub”.

Prezident Donald Trump ilkin olaraq demişdi ki, İranın yanvarın 8-də İraqın qərbindəki Ain al-Assad hava bazasına hücumunda heç bir amerikalı xəsarət almayıb. Bu açıqlama ABŞ-ın bir çox veteran qruplarını qəzəbləndirmişdi.

Ordu sonradan 11 hərbçinin xəsarət aldığını bildirdi. Bu say sonra 34-ə, yanvarın 28-də isə 50-yə qaldırıldı.

Trump yenə də bu xəsarətlərin miqyasını kiçiltməyə çalışıb, deyib ki, “onların başağrısından və bəzi digər şeylərdən əziyyət çəkdiyini eşidib”.

İran raket zərbəsini Qüds qüvvələrinin başçısı, general mayor Qasem Soleimani-nin yanvarın əvvəlində Bağdad aeroportu yaxınlığında öldürülməsinə cavab olaraq endirdiyini bildirmişdi.

XS
SM
MD
LG