Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:25

Netanyahu Putini Trump-ın planı haqda bilgiləndirir


Vladimir Putin (sağda) və Benjamin Netanyahu
Vladimir Putin (sağda) və Benjamin Netanyahu

İsrailin Baş naziri Benjamin Netanyahu Moskvada Rusiya Prezidenti Vladimir Putin-lə ABŞ Prezidenti Donald Trump-ın bu günlərdə açıqladığı Yaxın Şərq sülh planını müzakirə edir.

Yanvarın 30-da keçirilən danışıqlardan öncə Netanyahu deyib ki, Putinlə regionda “sülh və sakitliyə” nail olmaqdan ötrü qüvvələri birləşdirməyi götür-qoy istəyir. O, Rusiya liderinə narkotik ittihamıyla Rusiyada saxlanmış ABŞ-İsrail vətəndaşını əfv etdiyinə görə təşəkkür edib.

Trump-ın həftənin əvvəlində açıqladığı sülh planını Netanyahu alqışlayıb, BMT, Avropa Birliyi onu soyuq, fələstinlilər isə qəzəblə qarşılayıb.

Plana görə, İsrail qərb sahildəki yəhudi yaşayış məntəqələri və strateji İordan vadisinə nəzarəti ələ alır, Yerusəlim isə İsrailin “bölünməz paytaxtı” elan olunur.

Planda paytaxtı şərqi Yerusəlimin bəzi hissələrində olmaqla müstəqil Fələstin dövlətinin mümkünlüyündən də söz açılır, amma bundan ötrü fələstinlilər əvvəlcə bir sıra şərtləri yerinə yetirməlidirlər.

Fələstin Prezidenti Mahmud Abbas planı həddən artıq israilpərəst adlandıraraq rədd edib, deyib ki, neytral vasitəçilərlə sülh danışıqlarına üstünlük verir.

Fələstinlilər Vaşinqtonu on illərdir davam edən münaqişədə tərəfsiz oyunçu hesab etmədiklərini açqlayıblar, bunu Trump-ın “israilpərəst” siyasi qərarları ilə izah ediblər.

Bu arada Rusiya regionda daha böyük rol oynamağa, son illər israillilər və fələstinlilər arasında vasitəçi kimi çıxış etməyə can atır.

Putin ötən həftə Netanyahu ilə Yerusəlimdə və Abbasla Betlehemdə görüşlər keçirib.

“Yaxın Şərqdə real sülhə nail olmaq üçün Rusiya bütün cəhdləri göstərməyə, əlindən gələni etməyə hazırdır”, – TASS dövlət xəbər agentliyinin məlumatına görə, Kremlin sözçüsü Dmitry Peskov deyib.

Rusiya Federal Penitensiar Xidmətinin məlumatına görə, yanvarın 30-da Moskva regionundakı cəzaçəkmə müəssisəsindən ikili İsrail, ABŞ vətəndaşlığı olan bir qadın buraxılıb.

Bir gün qabaq Putin narkotik qaçaqçılığı ittihamıyla 7 il yarım həbs cəzası çəkən Naama Issachar-ı “humanitar prinsiplər” əsasında əfv edib.

Issachar apreldə Moskva aeroportunda saxlanmış, oktyabrda 9 qramlıq marixuana saxlamaqda təqsirli bilinərək həbsə göndərilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG