Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Çində virusdan ölənlərin sayı 132-yə çatıb


Hubeydə xəstələr üçün yeni xəstəxana tikilir
Hubeydə xəstələr üçün yeni xəstəxana tikilir

Yanvarın 28-nə olan məlumata görə, Çində yeni təhlükəli virusdan 132 nəfər dünyasını dəyişib, 5 min 974 nəfər bu virusa yoluxub. Məlumatı ölkənin Milli Səhiyyə Komissiyası açıqlayıb.

Daha 9 min 239 şübhəli respirator xəstəlik halı isə nəzarət altındadır, hökumət yanvarın 29-da bildirib.

Çindən kənarda, Avropa, Şimali Amerika və Asiyanın müxtəlif yerlərində isə onlarla yeni hal aşkar olunub.

Virusa ümumi yoluxma halları artıq SARS virusunu keçib. 2002-2003-cü illərdə həmin virusda dünyada 600-dan çox adam dünyasını dəyişmişdi.

Yeni koronavirusun əlamətləri qızdırma, öskürək, təngnəfəslikdir.

Hakimiyyət Hubey vilayətində 17 şəhərə giriş-çıxışı bağlayıb.

Vuhan epidemiyanın episentrində yerləşir. Çinin mərkəzində yerləşən bu şəhərdə 11 milyon nəfər yaşayır.

Artıq əcnəbilər vilayəti tərk etməyə başlayıblar.

Yanvarın 29-da ABŞ vətəndaşlarını daşıyan təyyarə Alyaskaya yola düşüb, sərnişinlər virusa qarşı yoxlanacaq.

206 nəfərin olduğu Yaponiya təyyarəsi isə Vuhandan çıxıb və yanvarın 29-da səhər Tokionun Haneda aeroportuna çatıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG