Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Qazaxıstan tələbələrini Çindən çıxarmaq istəyir


Çində tibb işçiləri
Çində tibb işçiləri

Qazaxıstan hökuməti bildirir ki, Pekindən 98 qazaxıstanlı tələbənin Vuhan şəhərini tərk etməsinə icazə istəyib. Bu şəhər 100-dən artıq adamın həyatına son qoymuş virusun episentri sayılır.

“Vətəndaşlarımızın Vuhan şəhərindən çıxarılmasının mümkünlüyünü nəzərdən keçiririk”, – Qazaxıstanın Xarici işlər nazirinin müavini Shakhrat Nuryshev yanvarın 28-də deyib və əlavə edib ki, Çində hazırda 1300 qazaxıstanlı var.

Vuhana giriş-çıxışa sərt qadağalar qoyulub, yeni koronovirusun yayılmasını nəzarətdə saxlamağa çalışılır.

Nuryshev deyib ki, qonşu Çinlə sərhədi tamamilə bağlamaq planları yoxdur, çünki bu halda Qazaxıstan vətəndaşları evlərinə qayıda bilməzlər.

Çindən qayıdanlar içində dörd nəfər şübhəli respirator infeksiya ilə xəstəxanaya yerləşdirilib, Səhiyyə naziri Yelzhan Birtanov elə həmin brifinqdə söyləyib.

Qırğızıstan isə Çindən qayıtmış altı universitet tələbəsinin tibbi yoxlamadan keçirildiyini açıqlayıb.

Çinin şimal-qərbindəki Urumçi şəhərindən altı tələbə yanvarın 28-də Bişkekə çatıblar və hazırda təcrid olunmuş otaqlarda karantində saxlanırlar, hökumət bəyan edib.

28 yaşlı Bişkek sakini isə pnevmoniya simptomları ilə xəstəxanaya yerləşdirilsə də, onda virus aşkarlanmayıb.

Hazırda Qırğızıstanın böyük aeroportlarında sərnişinlər infeksiya yoxlamasından keçirilir.

Virusdan indiyədək 106 nəfər dünyasını dəyişib, Çində və azı 16 ölkədə 4500-dən artıq adamın bu virusa yoluxduğu bildirilir.

***

Çində virusdan ölənlərin sayı 100-ü keçib

Çində yeni respirator virusdan ölənlərin sayı 106-ya çatıb, 1291 yeni yoluxma halı aşkarlanıb. Məlumatı Çin hakimiyyəti yanvarın 28-də yayıb.

Səhiyyə komissiyası bildirir ki, hazırda ölkədə bu virusa 4 mindən artıq yoluxan var.

Bu rəqəmlər açıqlanmazdan öncə Monqolustan, Şimali Koreya və Qırğızıstan Çinlə sərhədləri bağladıqlarını elan ediblər. Honq Konq və Malayziya isə bildirib ki, Çində təhlükəli yeni virusun peyda olduğu bildirilən vilayətdən gələnlər sərhədddən buraxılmayacaq.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi yanvarın 27-də səyahətçilərə tövsiyə ediblər ki, Çinin istənilən yerinə vacib olmayan səfərləri ertələsinlər. Kanada isə xəstəliyin episentri sayılan Hubey vilayətinə səfər etməməklə bağlı tövsiyə verib.

Çin rəsmiləri virusun yayılma qabiliyyətinin gücləndiyini bəyan ediblər.

Səyahət agentliklərinə ölkə boyunca qrup səfərlərini dayandırmaq göstərişi verilib.

Yanvarın 27-də Almaniya koronavirusa ilk yoluxma halının baş verdiyini təsdiqləyib. Bu xəstəlik qripə oxşar simptomlarla üzə çıxır, insanlar arasında yayılır.

Şri Lanka, Malayziya, Cənubi Koreya Tayvan, Tailand, Kanada, Nepal, Vyetnam, Səudiyyə Ərəbistanı, Sinqapur, Yaponiya, Birləşmiş Ştatlar, Fransa və Avstraliyada da virusa yoluxma halları aşkarlanıb.

Çin rəsmiləri virusun 11 milyon nəfərin yaşadığı Vuhan şəhərində dəniz ərzaqları bazarından qaynaqlandığını açıqlayıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG