Keçid linkləri

Təcili xəbərlər
2020, 10 İyul, Cümə, Bakı vaxtı 12:57

Rövnəq Abdullayevin alternativi yoxdur


R.Abdullayev

Rövnəq Abdullayev növbəti dəfə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti seçilib.

Bu gün, yanvarın 28-də AFFA-nın konfransı keçirilib.

Konfransda Assosiasiyanın hazırkı rəhbəri R.Abdullayev səsvermə yolu ilə növbəti dəfə 4 il müddətinə bu qurumun prezidenti vəzifəsinə seçilib.

Bu seçkidə R.Abdullayevin rəqibi olmayıb.

R.Abdullayev 2008-ci ildən AFFA-nın prezidentidir. AFFA prezidentliyinə seçkilər 4 ildən bir keçirilir. O, həmçinin, 2005-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) rəhbərlik edir. III, IV və V çağırış Milli Məclisin üzvü olub.

XS
SM
MD
LG