Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:48

Billie Eilish dörd Qremmi aldı


Billie Eilish

18 yaşlı pop ulduz Billie Eilish 2020-ci il Qremmi Mükafatları mərasimində dörd mükafata sahiblənib.

O, yanvarın 26-da Los Ancelesdə keçirilən illik mərasimdə İlin albomu, İlin mahnısı, İlin valı və Ən yaxşı artist nominasiyaları üzrə qalib olub.

Billie Eilish 1981-ci ildə Christopher Cross-dan sonra ilk dəfə belə bir uğura imza atıb.

Onun özündən böyük qardaşı, albomunun həmmüəllifi, prodüseri Finneas O'Connell altı mükafat alıb.

Lil Nas X İlin videosu, Lizzo isə 3 nominasiya üzrə qalib olub.

Mərasim iştirakçıları Kaliforniyada vertolyot qəzasında həlak olmuş basketbolçu Kobe Bryant-ı yad ediblər.

XS
SM
MD
LG