Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 01:26

NBA əfsanəsi vertolyot qəzasında həlak olub


Kobe Bryant

Tanınmış basketbolçu, NBA əfsanəsi Kobe Bryant ABŞ-ın Kaliforniya ştatında vertolyot qəzasında həlak olub.

Beşqat NBA çempionu, ikiqat Olimpiya qızıl medalçısı Bryant-ın 41 yaşı vardı.

Yanvarın 26-da baş vermiş qəzada ümumilikdə 9 nəfər həlak olub.

Ulduz basketbolçunun 13 yaşlı qızı Gianna da ölənlər arasındadır.

“Sikorsky S-76” vertolyotu yerli vaxtla səhər 10-da qəzaya düşüb. Vertolyotun düşdüyü yerdə xəsarət alan olmayıb.

Bryant öz nəslinin ən tanınmış basketbolçularından idi.

O, 20 illik karyerasının böyük hissəsini “Los Angeles Lakers” komandasında keçirib, 2000, 2001 və 2002-ci illərdə NBA çempionatlarının qalib olub.

Bryant 2016-cı ildə təqaüdə çıxıb.

Ailəli idi, dörd qızı var.

XS
SM
MD
LG