Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Mart, bazar, Bakı vaxtı 10:26

'Naxçıvan' və 'Qoşadaş' LUKOIL ilə işlənəcək


LUKOIL

Yanvarın 21-də İsveçrənin Davos şəhərində başlayan beynəlxalq iqtisadi forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

O, yanvarın 21-də Dünya İqtisadi Forumu çərçivəsində keçirilən «Avrasiya üçün yeni baxış - dayanıqlı inkişaf üçün tərəfdaşlıq» mövzusunda iclasa da qatılıb. İclasda Avrasiyada ölkələrarası əməkdaşlıq məsələsi müzakirə olunub.

Prezident İ.Əliyev habelə bir sıra görüşlər keçirib. O, yanvarın 21-də Davosda Rusiyanın «LUKOIL» şirkətinin prezidenti Vahid Ələkbərov ilə də görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycanın «Naxçıvan», «Qoşadaş» yataqlarının «LUKOIL» şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olunub və bu barədə qərar qəbul edilib.

Bu il Davos Dünya İqtisadi Forumu yanvarın 21-də başlayıb və yanvarın 24-nə kimi davam edəcək. Sayca belə 50-ci Forumdur.

Onda 117 ölkədən 3000-ə yaxın nümayəndə iştirak edir. Forumda yeni texnologiyaların inkişafı və kibertəhlükəsizliyi, səhiyyə sahəsindəki problemlər, gələcək əmək bazarı, biznes, həmçinin hərbi münaqişələrin həlli müzakirə edilməlidir.

Bu Forum 1971-ci ildə Cenevrə Universitetinin professoru Klaus Şvab tərəfindən qurulub. 1987-ci ildən Dünya İqtisadi Forumu adlandırılır. Siyasi liderlər Foruma ilk dəfə 1974-cü ildə dəvət ediliblər.

Xatırlatma

«Naxçıvan» yatağı Azərbaycanın Xəzər dənizində neft və qaz yatağıdır. Bakıdan 90 km (56 mil) cənubda, 400-600 metr dərinlikdə yerləşir.

«Naxçıvan» yatağı 1960-cı ildə aşkar edilib. 1994-cü ildən qazma işlərinə hazırlanıb. 1997-ci ildə «ExxonMobil» və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yatağın kəşfiyyatı ilə bağlı müqavilə imzalayıblar. Lakin bu müqavilə əhəmiyyətli ehtiyatların olmaması səbəb göstərilərək sonradan dayandırılıb.

2010-cu ildə Almaniyanın «RWE Dea» neft şirkəti də bu yatağa maraq göstərmişdi.

«Qoşadaş» strukturu isə Abşeron yarımadasının şimal hissəsində, sahildən 15 kilometr aralıda yerləşir.

XS
SM
MD
LG