Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 17:52

‘Putinin aşpazı’ Suriyada neft-qaz işlərinə baxır


Yevgeny Prigozhin
Yevgeny Prigozhin

Rusiyada oliqarx Yevgeny Prigozhin-ə bağlı “Velada” və “Merkuri” şirkətləri Suriyada qaz və neft yataqlarının üç blokunun işlənməsi ilə məşğul olacaq.

Bu barədə məlumatı “Novaya gazeta” yayıb.

2019-cu ilin dekabrında Suriya parlamenti bu iki şirkətlə əməkdaşlığa dair müqavilərləri təsdiq edib.

Müqavilələrə görə inkişaf etdiriləcək yataqların ümumi sahəsi 12 min kvadrat kilometrdir.

“Velada” şirkətini 2015-ci ildə Prigozhin-ə bağlı Concord Management and Consulting şirkətinin əməkdaşı Yekaterina Trofimova təsis edib.

O “Novaya gazeta” qəzetinə deyib ki, “Velada” şirkətini Concord şirkəti mühasibatının məsləhəti və əlavə mükafatı ilə yaradıb.

Trofimova bu şirkəti tərk etdikdən sonra onun sədrliyinə tələbə Daria Baranovskaya keçib.

Baranovskaya qəzetin suallarına cavab verməkdən boyun qaçırıb.

“Merkuri” şirkəti 2015-2018-ci illərdə Uzaq Şərqdəki hərbi hissələrin iaşə təchizatı ilə məşğul olub.

Bundan sonra isə bu şirkət Suriyada neft və qaz axtarışı ilə məşğul olmağa başlayıb.

Merkuri şirkətinin Prigozhin-ə bağlılığı barədə məlumatı 2019-cu ilin fevralında AzadlıqRadiosu xəbər vermişdi.

Suriyanın hakimiyyət orqanları bu şirkətlə 2017-ci ildən işbirliyində olduğunu bildirib.

Ayda 20 milyon dollar gəlir

“Novaya gazeta” yazır ki, Vagner özəl hərbi şirkəti ilə bağlı Euro Police firması Suriya hökuməti ilə 2016-cı ildə imzaladığı müqaviləyə görə Suriyanın neft və qaz yataqlarını İŞİD cihadçılarından azad etməli və bunun müqabilində neft yataqlarından əldə olunan gəlirin 25 faizini götürməliydi.

Qəzetin məlumatına görə Suriya hökuməti bu razılaşmanı 2017-ci ildə imzalayıb.

Sözü gedən neft yataqları Fərat çayının sol sahilində yerləşir. Bu ərazilərə Suriya qoşunları və Dəməşqin Rusiya da daxil müttəfiqləri nəzarət edirlər.

Qəzetin təxminlərinə görə Prigozhin-in biznes strukturları Suriydan ayda 20 milyon dollar gəlir götürür.

Bu da qeyd olunur ki, adı çəkilən iki firma Suriya layihəsində iştirak edən şirkətlərin yalnız kiçik bir hissəsidir.

Concord şirkətinin mətbuat xidməti bildirib ki, “Velada” və “Merkuri” şirkətlərinin Prigozhin-ə heç bir aidiyyəti yoxdur.

“Putinin aşpazı” ləqəbi ilə tanınan Prigozhin-in şirkətləri Kremlin iaşə xidməti ilə məşğul olub.

O Rusiyanın xaricdə döyüşən muzdlu əsgərlərinə birbaşa rəhbərlik edən Vagner özəl şirkətinin sahibidir.

Yüzlərlə kontuziyalı

Şirkətin 2015-2019-cu illərdə Suriyada verdiyi canlı itkini qiymətləndirmək çətindir.

“Novaya gazeta” yazır ki, Suriyada 2015-ci ildə 8, 2016-cı ildə isə 25 muzdlu döyüşçü həlak olub.

Şirkət 2017-ci ildə Suriyada 10 döyüşçüsünü itirib.

Vagner şirkəti ən böyük itkiyə 2018-ci ildə məruz qalıb. O vaxt muzdlular dəstəsi neft emalı zavodunu ələ keçirməyə çalışırdı.

Bu dəstənin Hişam yaxınlığına endirilmiş Amerika aviasiya zərbəsi nəticəsində 60-200 arasında döyüşçüsünün həlak olduğu deyilir.

Bəzi məlumatlara görə bu aviasiya zərbəsində bundan üç dəfə çox döyüşçü kontuziya alıb.

O vaxt Rusiya XİN Suriyada onlarca Rusiya vətəndaşının həlak olduğunu etiraf etmiş, amma bildirmişdi ki, bu adamlar Suriyaya öz təşəbbüsləri ilə gediblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG