Keçid linkləri

Təcili xəbərlər
2020, 11 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 19:52

30 il öncə...


Qanlı və qaranlıq 20 Yanvar
Gözlə

No media source currently available

0:00 0:07:19 0:00

Qanlı və qaranlıq 20 Yanvar

Bu gün, yanvarın 20-si 1990-cı ildə baş verən 20 Yanvar hadisələrinin 30 ili tamam olur.

30 il öncə, yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq dinc əhalini gülləbaran edib. Sovet ordusu daha sonra Azərbaycanın Neftçala, Lənkəran kimi rayonlarına da daxil olub. O rayonlarda da itkilər yaşanıb. Ümumilikdə bu hadisələr nəticəsində 147 şəxs həlak olub, 744 nəfər yaralanıb, üstəlik, 841 nəfər həbs olunub.

Həmin insanlar Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi sayılırlar.

Bununla bağlı bu gün, yanvarın 20-də Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.

Bu gün, yanvarın 20-də səhər saatlarından, son 29 ildə olduğu kimi, həmin vaxt həlak olanların dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət başlayıb. Ənənəvi olaraq belə ziyarətlərdə Azərbaycanın hökumət, dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, siyasi partiyaların üzvləri və sıravi vətəndaşlar iştirak edirlər.

Yanvarın 20-də paytaxtın bəzi küçə və prospektlərində bu ziyarətlə bağlı nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.

XS
SM
MD
LG