Keçid linkləri

Təcili xəbərlər
2020, 13 Avqust, Cümə axşamı, Bakı vaxtı 04:03

Fəhlələr maaşlarının artırılmasını istəyir


Neft buruğu

Bu gün, yanvarın 12-də «Salyan Oil» Əməliyyat Şirkətinin fəhlələrinin əmək haqlarının qaldırılması tələbi ilə etiraz aksiyası keçirdikləri bildirilir.

Bu barədə şirkətdə işləyən, amma adının çəkilməsini istəməyən fəhlələrdən biri məlumat verib. Onun sözlərinə görə, 100-dən çox fəhlə şirkətin Salyan rayonunun Kərimbəyli kəndindəki ofisinin qarşısına toplaşaraq əmək haqlarının qaldırılmasını tələb ediblər: «Maaşlarımızı qaldırsınlar, bizə boş vədlər lazım deyil. 450-500 manatla dolanmaq olmur».

«Turan» agentliyinin xəbərinə görə isə, «Salyan Oil» şirkətindən onlara bunları bildiriblər: «Biz keçən ilin axırında işçilərə əmək haqlarının qaldırılacağını bildirmişdik. Demişdik ki, yanvarın 1-dən artım olacaq. İndi isə rəhbərlik xaricdədir deyə, biz hələ ki, əmək haqlarında dəyişiklik edə bilməmişik. Bir qrup adam da ofisin qarşısına toplaşıb. Onların nümayəndələrini qəbul etdik, dedik ki, iki gün sonra gəlsinlər, onlara edə biləcəyimiz kömək barədə xəbər edəcəyik. İşçilərin əmək haqları qaldırılacaq».

«Salyan Oil» şirkəti neft yataqlarının istismarı ilə məşğuldur.

XS
SM
MD
LG