Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:29

MSK-nın Müstəqil Media Mərkəzi yaradılıb


MSK
MSK

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) «Seçki – 2020» Müstəqil Media Mərkəzi yaradılıb.

Yanvarın 13-də Bakı şəhərindəki Hilton otelində MSK sədri Məzahir Pənahov və komissiya üzvlərinin iştirakı ilə «Seçki – 2020» Müstəqil Media Mərkəzinın açılışı olub.

Bu barədə AZƏRTAC xəbər yayıb.

Qeyd edilib ki, «Seçki-2020» Müstəqil Media Mərkəzi seçkilərin geniş və obyektiv işıqlandırılması, habelə seçkilərdə şəffaflığın daha yüksək səviyyədə təmin edilməsi üçün kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinə yardım göstərilməsi məqsədilə yaradılıb.

Milli Məclisə seçkilər dövründə fasiləsiz fəaliyyət göstərməli olan Müstəqil Media Mərkəzində mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün şərait yaradıldığı vurğulanıb.

Xatırlatma

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Ötən il dekabrın 2-də Milli Məclis hakim Yeni Azərbaycan Partiyasından olan (YAP) deputatların müraciətinə əsasən parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb. Prezident də öz növbəsində bununla bağlı sərəncam verib. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayıb. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG