Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Mart, bazar, Bakı vaxtı 19:22

Tacikistan-Özbəkistan sərhədi minalardan təmizlənib


Arxiv fotosu

Özbəkistan Tacikistanla sərhədi boyunca minatəmizləmə əməliyyatlarını tamamladığını bildirir. Bu haqda “Asia-Plus” yerli nəşri Tacikistanın təhlükəsizlik blokunda mənbəyə istinadla yazıb.

İki ölkə arasında minatəmizləmə fəaliyyəti Özbəkistan Prezidenti Shavkat Mirziyoev-in 2018-ci ilin martında Tacikistana səfəri zamanı imzalanıb.

Tərəflər minalardan təmizləmə əməliyyatının 2019-cu ilin sonunadək tamamlamaq vədi veriblər.

Minalar sərhədin hər iki tərəfində yerləşdiyindən bu işi Özbəkistan həyata keçirirdi.

Minalar Tacikistanla sərhədin dağlıq hissələrində 1990-cı illərin sonunda yerləşdirilib.

Daşkənd o zaman bunu Özbəkistan İslam Hərəkatı üzvlərini öz ərazisinə buraxmaq istəməməsi ilə izah edirdi.

Tacikistan Milli Mina Mərkəzinin məlumatına görə, son 20 ildə ölkənin 800-dən artıq sakini mina partlayışından əziyyət çəkib.

Ötən ilin oktyabrında Özbəkistanla sərhəd boyunca minalardan təmizləmə işi başlanıb.

Mirziyoev 2016-cı ilin sentyabrında Özbəkistan rəhbərliyinə keçəndən ikitərəfli münasibətlər xeyli yaxşılaşıb.

XS
SM
MD
LG