İranın Ali dini lideri Ayətulla Ali Khamenei qətlə yetirilmiş hərbi komandir Qasem Soleimani-nin Tehranda anım mərasimini idarə edib, onun tabutu başında dua oxuyub və ağlayıb.
Dövlət televiziyası onminlərlə iranlının Qüds qüvvələri başçısını, eləcə də yanvarın 3-də ABŞ-ın raket zərbəsində öldürülmüş digərlərini anma mərasiminə yığışdığını göstərib.
Generalın tabutu onun doğma Kirman şəhərinə aparılıb, tabut bir neçə şəhərdən keçib və tərəfdarları onunla vidalaşmağa çıxıb.
İranın dövlət televiziyası dəfn mərasimini canlı yayınlayıb. Tehran Universitetində vida tədbiri keçirilib.
***
Soleimani-ni əvəzləyən general ‘intiqam’ andı içir
İranın Qüds qüvvələrinin yeni lideri ABŞ-dan intiqam alınacağını vəd edir. Qüvvələrin əvvəlki lideri Qasem Soleimani yanvarın 3-də Bağdad aeroportu yaxınlığında ABŞ-ın raket zərbəsilə öldürülüb.
Ismail Ghaani bu gün – yanvarın 6-da İranın dövlət televiziyasına müsahibə verib.
Yanvarın 3-dək Qüds qüvvələrinin komandan müavini olmuş Qaani deyib: “Böyük Allah onun intiqamını almaq vədi verib. Allah əsas qisasçıdır. Müəyyən addımlar atılacaq”.
Birləşmiş Ştatların raket zərbəsində İranın himayə etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Abu Mahdi al-Muhandis də öldürülüb.
Pentaqon həmin həmləni Prezident Donald Trump-ın təsdiqlədiyini bildirib.
İranın Ali dini lideri Ali Khamenei Qassem Soleimani-nin ölümü ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.
Vaşinqton İran İnqilab Keşçikçiləri Korpusunu terrorçu təşkilat hesab edir.
İranın Ali dini lideri Ali Khamenei Soleimani-ni öldürən “cinayətkarlar”a qarşı “sərt cavab tədbirləri” ilə hədələyib.
Soleimani son on ildə daha çox nüfuz qazanmışdı. Tehran bu dönəmdə Suriya və İraq əsgərlərinə hökumətə qarşı qüvvələri geri oturtmaqda kömək edib.