Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Trump deyir Tehran ABŞ hədəflərinə zərbə vuracağı halda 52 'İran obyekti' vurulacaq"


Donald Trump, arxiv foto
Donald Trump, arxiv foto

ABŞ Prezidenti Donald Trump bəyan edib ki, Tehran Amerika hədəflərinə zərbə endirəcəyi təqdirdə Vaşinqtonun çox sürətli və çox sərt vuracağı 52 "İran obyekti" təyin edilib. Yanvarın 4-də twitter hesabında paylaşdığı bu açıqlamada Trump vurulacaq obyekt sayının illər əvvəl İranda girov götürülmüş 52 amerikalının sayına uyğun olduğuna işarə edb.

"ABŞ daha bir təhdid istəmir" deyə Trump bildirib.

İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri, general Qassem Soleimani'nin Bağdadda öldürülməsindən sonra İran bu hadisəyə görə, Amerikadan sərt qisas alınacağını bəyan edib.

Trump deyir ki, İran çox cəsarətlə Amerikandan qisas alacağını bəyan edir.

«Dünyanı onların terrorçu liderindən təmizlədiyimizə görə, İran çox cəsarətlə ABŞ-ın bəzi aktivlərinə zərbə endirəcəyini və ABŞ-dan sərt qisas alacağını deyir, hansı ki, yenicə bir amerikalını öldürüb, bir çoxlarını güclü yaralayıb. Hələ bu yaxınlarda onun yüzlərlə iranlı etirazçılar da daxil olmaqla ömrü böyu öldürdüyü başqa adamları demirəm"

Trump yanvarın 3-də ABŞ-ın havadan vurduğu zərbə ilə öldürülən iranlı general Qasem Soleimani'nin Bağdaddakı ABŞ səfirliyinə hücum etdiyini və digər obyektlərə də əlavə hücumlara hazırlaşdığını bildirib.

"İran illərdir problemlərdən başqa bir şey deyildi. Bu xəbərdarlıqdır, İran hər hansı bir amerikalıya və ya Amerikanın əmlakına zərbə vurarsa, 52 "İran obyekti"ni hədəf aldıq, bəziləri İran və İran mədəniyyəti üçün çox əhəmiyyətlidir". deyə o twitter hesabında bildirb.

Amma Trump-un "mədəniyyət" obyektlərinin potensial hədəf siyahısına salınması ilə bağlı fikirləri bəzi tənqidçilərin narahatlığına səbəb olub.

Verilən məlumatlara görə, yanvarın 5-i səhər saatlarında iranlı generalın nəşi Bağdaddan İrana gətirilib. Onun yanvarın 7-də dəfn ediləcəyi bildirilir.

Xatırlatma

Yanvarın 3-də Bağdad Hava limanı yaxınlığında raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qassem Soleimani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Abu Mahdi al-Muhandis öldürülüb. İranın Ali lideri general Qassem Soleimani-nin ölümü ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.
Raket zərbələrini ABŞ-ın gerçəkləşdiyi bildirilir. ABŞ İran İnqilab Korpusunu Xarici Terrorçu Təşkilat hesab edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG