Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 01:14

Demokratların Soleimani-nin vurulacağından ‘xəbəri olmayıb’


Eliot Engel

ABŞ Konqresinin aparıcı demokrat üzvü deyir ki, İranın hərbi komandirinin ölümüylə nəticələnmiş ABŞ zərbəsindən konqresmenlərin qabaqcadan xəbəri olmayıb.

Nümayəndələr Palatasının Xarici işlər komitəsinin sədri Eliot Engel yanvarın 2-də axşam bildirib ki, Qasem Soleimani-yə Bağdadda endirilən zərbə “Konqresə məlumat verilmədən, məsləhətləşmədən həyata keçirilib”.

Engel əlavə edib ki, İranın elit Qüds Qüvvəsinin komandiri olan Soleimani “böyük zorakılığın arxasında dayanıb”, “əllərində amerikalıların qanı” olub.

Senatın aparıcı demokrat üzvü Chuck Schumer-ə hücum barədə “qabaqcadan məlumat verilməyib”, – aparıcı senatorun köməkçisi “AFP”yə deyib.

Ağ ev adətən hər hansı böyük hərbi tədbir qabağı Senatın və Nümayəndələr Palatasının hər iki partiyadan aparıcı üzvlərini xəbərdar edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG