Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 01:11

Honq Konqda 400-dən çox etirazçı saxlanıb


Honq Konqda etiraz, 1 yanvar, 2020-ci il

Honq Konq polisi 1 yanvar etirazlarından sonra 400-dən çox adamı saxlayıb. Məlumatı “Reuters” yayıb. Dünən nümayişlərə on minlərlə etirazçı çıxıb.

Əvvəlcə dinc keçən aksiyada polislə toqquşma yaşanıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, etirazçılar Britaniyanın HSBC bankının vitrinlərini qırmağa başlayıblar. Etiraz təşkilatçılarından bəzilərinin fikrincə, bu bank Çin hakimiyyətinə kömək edərək aksiyalara və saxlananlara dəstək üçün göndərilən vəsaiti bloklayır. Bank isə iddiaları rədd edir.

Polis etirazçıları su şırnaqları ilə dağıdıb. Polisin təmsilçisi mətbuat üçün brifinqdə deyib ki, adamların çoxu ictimai yerdə qanunsuz toplaşma, qanunsuz silah saxlamaya görə həbs olunub.

Honq Konqda etirazlar ötən ilin iyununda başlanıb. Etirazçılar əvvəlcə şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinə etiraz edirdilər, sonradan daha geniş tələbləri səsləndirməyə başladılar.

Kütləvi etirazlara milyondan çox adamın qoşulduğu vaxtlar olub. Ekstradisiya qanunu artıq təxirə salınıb, amma etirazçılar nümayişə çıxanlara qarşı gücdən istifadənin araşdırılmasını, muxtar şəhərdə demokratiyanın qorunmasını tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG