Keçid linkləri

Təcili xəbərlər
2020, 12 Avqust, çərşənbə, Bakı vaxtı 18:53

Nissanın keçmiş rəhbərinin qaçış planı 3 aya hazırlanıb


Carlos Ghosn yeni Renault ZOE elektrik avtomobilinin təqdimatında, 2011-ci il

Bu gün – yanvarın 2-də Türkiyə polisi dördü pilot olmaqla yeddi nəfəri saxlayıb. Polisin sözçüsünün “Reuters” agentliyinə deməsinə görə, Nissan şirkətinin keçmiş rəhbəri Carlos Ghosn Yaponiyadan Livana qaçarkən İstanbuldan necə keçdiyi araşdırılır.

Digər saxlananlar iki aeroport əməkdaşı və bir karqo işçisidir. Yeddi təqsirləndirilənin elə bu gün məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Media Türkiyənin Daxili İşlər Nazirliyinin Ghosn-un tranziti ilə bağlı təhqiqat başlandığını yazırdı. Nissan-ın keçmiş rəhbəri dekabrın 31-də “saxta” ədliyyə sistemindən Beyruta qaçdığını bəyan edib.

İki təyyarədən istifadə edib

Məsələdən agah adamlar agentliyə deyiblər ki, dünyanın ən tanınmış iş adamlarından olan Ghosn Beyruta bazar ertəsi İstanbuldan özəl təyyarə ilə gedib.

“Hurriyet” xəbər vebsaytının Daxili işlər nazirliyi rəsmisinə istinadla yazmasına görə, Türkiyənin sərhəd polisinin Ghosn-un gəlişindən xəbəri olmayıb, onun nə ölkəyə girişi, nə də çıxışı qeydə alınıb.

“Hurriyet” yazıb ki, prokurorlar istintaqı genişləndirincə həbslərə order veriblər.

Uçuşların qeydiyyatı məlumatına əsasən, Ghosn İstanbuldan, ordansa Livana iki müxtəlif təyyarədə gedib.

Yaponiya hakimiyyəti Ghosn-a girovluqda ikən Fransa pasportu gəzdirməyə icazə veribmiş. Bu haqda Yaponiyanın NHK televiziyası yazıb və bununla da onun Livana necə qaça bildiyinə azacıq işıq salmış olub.

Fransa, Livan və Braziliya vətəndaşlığı olan biznesmen bir neçə gün qabaq Tokiodan özəl təhlükəsizlik şirkəti tərəfindən qaçırılıb, plan isə üç ay ərzində hazırlanıb, “Reuters” bildirir.

Ghosn 2018-ci ilin noyabrında Tokioda saxlanıb. Onu gəlirini gizlətmək və şirkət hesabına öz sərvətini artırmaq ittihamları irəli sürülüb. Özü isə ittihamları rədd edir.

XS
SM
MD
LG