Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 20:30

Krımda Ukrayna, tatar dilinin tədrisi ‘sıxışdırılır’


Krımda məktəb
Krımda məktəb

Rusiyanın işğal etdiyi Krımda Ukrayna dilində olan sonuncu məktəb artıq bu dilin tədrisini plandan çıxarır. Bunu Krım Tatarlarının Hüquqlarını Müdafiə Komitəsinin başçısı Eskender Bariyev yanvarın 1-də AzadAvropa/AzadlıqRadiosuna deyib.

Rusiya Prezidenti Vladimir Putin 2014-cü ilin əvvəlində Ukraynanın ərazisinə hərbçi göndərməklə bağlı göstəriş imzalayıb. Onda yarımadada Ukrayna dilində 7 məktəb vardı.

İlhaqdan altı ilə yaxın vaxt keçir və ərazidə Ukrayna dilində yeganə məktəb Feodosiya sahil şəhərində yerləşir. Amma bu, kağız üzərində belədir, “yerli sakinlər bunun həqiqət olmadığını, bu məktəbdə Ukrayna dilinin tədris olunmadığını deyirlər”, – Bariyev söyləyib.

Rusiyanın yarımadada tətbiq etdiyi “konstitusiya”nın 10-cu maddəsinə görə, Krımda üç rəsmi dil var: Krım-tatar, Ukrayna və rus dili.

Eskender Bariyev
Eskender Bariyev

Rəsmi və real mənzərə

2018-2019-cu illərdə yarımadadakı 200 min 700 məktəblinin 3,1 faizə qədəri Krım-tatar dilində dərs keçib, bunu ərazinin təhsil orqanları bildirir.

Bariyev deyir ki, 16 Krım tatar dilli məktəbin statusu da ilhaqdan sonra dəyişdirilib. Yeddisində Krım tatar dilində tədris saxlanıb, beşində rus dili daxil ikidilli tədrisə keçilib və dördündə “ümumi təhsil” tətbiq olunub.

2018-2019-cu illərdə məktəblilərin 249 nəfəri, yaxud 0,2 faizi rəsmən Ukrayna dilini öyrənib.

27 məktəbdə Krım tatar dilində 126 sinif var, 5 məktəbdə isə 8 sinifdə Ukrayna dili keçilir.

Putin, Rusiyanın digər yüksək çinli rəsmiləri Krımın ilhaqını tarixi ədalət kimi əsaslandırıblar.

Dekabrın 30-da Rusiyanın Xarici İşlər Nazirliyi Krımla bağlı bəyanat verib: “Xarici İşlər Nazirliyinin bir neçə dəfə səsləndirilən rəsmi mövqeyi ondan ibarətdir ki, Krım Respublikasının müstəqilliyinin elanı, onun Rusiya Federasiyasına birləşdirilməsi Ukraynada xarici dəstəklə dövlət çevrilişindən sonra Krım xalqının öz müqəddəratını müəyyən etmək hüququ idi”.

Moskvanın mövqeyinə görə, 2013 ilin noyabrından 2014-cü ilin fevralınadək Ukraynada baş vermiş dinc, demokratik etirazlar dövlət çevrilişi idi. Həmin etirazlar keçmiş prezident Viktor Yanukovych-in Rusiyaya qaçmasıyla sonuclandı.

Avromaydan etirazlarını müdafiə edənlər isə korrupsiyalaşmış hökumətə başçılıq edən, getdikcə avtoritarlaşan, dövlət maraqlarını Kremlin güdazına verən prezidentə qarşı çıxdıqlarını deyirdilər.

XS
SM
MD
LG