Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Yanvar, Cümə axşamı, Bakı vaxtı 00:42

Bibiheybət yolu qismən açılıb


Bakıda torpaq sürüşməsi. 25 noyabr 2019

Dekabrın 31-də, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda birtərəfli olaraq şəhər istiqamətində hərəkət açılıb.Yolda təhlükəszliyi təmin etmək üçün iki hərəkət zolağı üzrə avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunub, digər iki zolaqda təmir, tikinti işləri, hələ də davam edir.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, digər iki hərəkət zolaqlarının bərpası, ərazidə tikinti-bərpa işləri tam yekunlaşdıqdan sonra mümkün olacaq.

Xatırlatma

Qeyd edək ki, 2019-cu il noyabrın 25-i səhər saatlarında yolun bu hissəsində çökmə baş vermişdi.. Uçqun zamanı torpaq qatı aşağı yolda hərəkətsiz olan bir avtomobilin üzərinə tökülmüşdü.

Avtomobil Yolları Dövlət Agentliyi'nin mətbuat katibi Anar Nəcəfli o zaman bildirmişdi ki, sadəcə çökən ərazi yox, yol əsaslı şəkildə yenidən salınacaq. İşlərin təxminən 2-3 ay çəkəcəyi ehtimal edilir.

Ərazi bağlı oduğu üçün avtomobillərin hərəkəti köhnə yol ilə "20-ci Sahə"yə, yük avtomobilləri isə Bakı Dairəvi yolu ilə üzü şəhər istiqamətinə yönləndirilmişdi.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG