Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 22:27

Bu gün dünyada 392 min uşaq dünyaya gəlir


İllüstrativ foto

BMT-nin hesablamalarına görə, yanvarın 1-də dünyada 392 min 78 uşaq doğulacaq. Qurum eyni zamanda həyatının ilk aylarında ölən körpələrə diqqət çəkir.

BMT-nin uşaq təşkilatı olan UNICEF Yeni il açıqlamasında bildirir ki, 2018-ci ilin ilk ayında dünyaya gəlmiş 2,5 milyon körpədən təxminən 30 faizi elə doğulduğu gün vəfat edir.


Düşünmək fürsəti...

Bir çox hallarda ölümlərin qarşısını almaq mümkün olardı, qurum bildirir.

“Yeni ilin və yeni dekadanın başlanması təkcə gələcəyimizlə bağlı ümid və niyyətlərimiz barədə düşünmək fürsəti deyil, həm də bizdən sonra gələnlərin gələcəyini düşünməliyik”, – UNICEF-in İcraçı direktoru Henrietta Fore deyib.

“Hər ilin yanvarında təqvim dəyişəndə, hər bir uşağın həyatı boyu daşıya biləcəyi imkan və potensial yadımıza düşür – əlbəttə ki, əgər onlara şans verilsə”, – o, sözlərinə əlavə edib.

Qarşısını almaq mümkün olan ölüm səbəbləri sırasında vaxtından qabaq doğuş, doğuş zamanı problemlər, sepsis kimi infeksiyalar var.

Dünyada yanvarın 1-də doğulması gözlənən uşaqların yarıdan çoxu səkkiz ölkədə dünyaya gələcək.

Hindistanda 67 min 385; Çində 46 min 299; Nigeriyada 26 min 39; Pakistanda 16 min 787; İndoneziyada 13 min 20; Birləşmiş Ştatlarda 10 min 452; Konqo Demokratik Respublikasında 10 min 247; Efiopiyada 8 min 493 körpə doğulmalıdır.

UNICEF bildirir ki, 2018-ci ildə yaşı 5-dən aşağı uşaqların 47 faizi həyatının ilk ayında dünyasını dəyişib. 1990-cı ildə bu rəqəm 40 faiz olmuşdu.

XS
SM
MD
LG