Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Nazirin dediyi olmadı, istefa verdi


Arxiv fotosu
Arxiv fotosu

İtaliyanın açıq fikirliliyi ilə seçilən Təhsil naziri Lorenzo Fioramonti hökumətin bu sahəyə yetərincə maliyyə ayırmaması səbəbindən istefa verib.

O, “Reuters” agentliyinə müsahibəsində iki gün öncə baş nazirə yazdığı məktubu əsas gətirib. Nazir ölkə məktəbləri və universitetlərinin işini yaxşılaşdırmaq üçün əlavə 3 milyard avro (3,3 milyard dollar) tələb edirdi. Bu tələbi nazir isteblişmentə qarşı çıxan 5-Ulduz və sol mərkəzçi Demokratik Partiya sentyabrda hökumət formalaşdırandan səsləndirirdi.

Dekabrın 23-də qəbul olunan gələn ilin büdcəsində bu məbləğ nəzərdə tutulmadığından nazir istefa ərizəsini yazıb.

Fioramonti özünün təhsil siyasətinin gerçəkləşməsi üçün təyyarə biletlərinə, plastikə, şəkərli ərzağa vergini artırmağı təklif edirdi. Ancaq tənqidçilər onun ideyalarını rədd edir, italyanların onsuz da vergiylə yükləndiyini deyirdilər.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatına görə, İtaliya 32 ölkə içində təhsilə ən az vəsait xərcləyən ölkədir. İtaliya ümumi daxili məhsulunun 3,6 faizini ibtidai-universitet təhsilinə xərcləyir. OECD- nin 32 ölkə üzrə orta göstəricisi isə 5 faizdir.

Fioramonti həm də yaşıl siyasət tərəfdarıdır. O, 5-Ulduz 10 il qabaq yaradılanda bu məsələnin onun platformasına salındığını bildirir. O, iqlim dəyişikliyi və davamlı inkişafın tədrisini məktəblilər üçün məcburi etməyi planlaşdırırdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG