Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Azərbaycan PISA imtahanından necə çıxdı


Məktəbli
Məktəbli

Azərbaycan ötən il İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hər 3 ildən bir keçirdiyi PİSA imtahına qatılıb. Bundan əvvəl ölkə bu imtahanlarda 2006 və 2009-cu illərdə iştirak etmişdi.

PISA (Beynəlxalq Tələbə Qiymətləndirməsi Proqramı) 15 yaşlıların oxu, riyaziyyat, elmi biliyini, gündəlik problemləri yoluna qoymaq bacarığını qiymətləndirir. 2000-ci ildən bəri tstlərinə 90-dan artıq ölkə və iqtisadiyyat qatılıb, 3 milyondan çox şagird cəlb olunub.

Ötən il 79 ölkə və iqtisadiyyatdan 600 minədək şagird imtahanda iştirak edərək 32 milyonluq 15 yaşlını təmsil ediblər. Belarus, Bosniya və Herseqovina, Bruney Darüssəlam, Mərakeş, Filippin, Səudiyyə Ərəbistanı və Ukrayna imtahanda ilk dəfə iştirak edib.

Çin məktəbliləri hər 3 göstərici üzrə liderdir. Oxu üzrə 555, riyaziyyatdan 591, elmdən 590 bal yığıblar.

Azərbaycandan ancaq Bakı məktəbliləri testə cəlb olunublar. Oxudan 389, riyaziyyatdan 420, elmdən 398 bal yığıblar.

Müqayisə üçün Gürcüstan məktəblilərinin göstəriciləri uyğun olaraq 380, 398, 383-dür.

Türkiyə məktəbliləri 466, 454, 468 bal; Rusiyanı təmsil edənlər uyğun olaraq 479, 488, 478 bal toplaya biliblər.

OECD-nin orta göstərici isə oxu üzrə 487, riyaziyyat və elm üzrə 489-dur.

Azərbaycan 2009-cu ildə PISA testində 65 ölkə arasında 64-cü olmuşdu. O zaman Təhsil Nazirliyi nəticəni obyektiv saymamış və bildirmişdi ki, ölkə kurrikulum sisteminə yeni keçib. Azərbaycan 2012-ci ildə bu qiymətləndirməyə qatılmadı.

***

Ümumiyyətlə, oxu üzrə ən yüksək göstəricilər Çin və Sinqapur məktəblilərinə məxsusdur. Estoniya, Kanada, Finlandiya və İrlandiya da yüksək göstərici ortaya qoyublar.

OECD ölkələri üzrə şagirdlərin 77 faizi oxudan azından 2-ci səviyyəni əldə edib.

Riyaziyyat üzrə ortalama 76% tələbə 2-ci və daha yuxarı səviyyədədir. Yəni, bu tələbələr minimum olaraq verilən misalı anlayır və birbaşa göstəriş olmadan riyazi izahını verirlər. Məsələn, iki alternativ marşrut üzrə ümumi məsafəni müqayisə edirlər, qiymətləri başqa valyutaya çevirə bilirlər. 24 ölkə və iqtisadiyyatı təmsil edən şagirdlərin 50 faizindən çoxu bu səviyyədən aşağıdır.

OECD ölkələri üzrə şagirdlərin 78 faizi elmdə 2-ci, yaxud daha yüksək səviyyə nümayiş etdiriblər. Məsələn, onlar minimum olaraq, tanış elmi fenomenin dəqiq izahını anlayır, bu biliyi tətbiq edə bilirlər.

2015-2018-ci illərdə OECD ölkələri üzrə oxu, riyaziyyat və elmdə göstəricilərin sabit qaldığı vurğulanır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG