Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Aprel, bazar, Bakı vaxtı 10:50

İran hərbi təyyarəsi qəzaya düşüb


MiG-29 təyyarəsi təmirdə

İran hərbi təyyarəsi ölkənin şimal-qərbindəki Ərdəbil vilayətində Savalan sönmüş vulkanı yaxınlığında dağa dəyib.

Xəbəri dövlət mediası dekabrın 25-də yayıb.

IRNA yerli rəsmilərə istinadla qəza yerinə xilasedicilərin göndərildiyini xəbər verir.

Hadisə vaxtı itkilər, təyyarədə neçə nəfərin olması barədə hələlik, informasiya yoxdur.

Vilayət rəhbərliyinin sözçüsü IRNA-ya deyib ki, pis hava şəraiti üzündən İran Qırmızı Ayparasının xilasediciləri qəza yerinə çata bilməyiblər.

Təyyarənin Rusiya istehsalı olan MiG-29 olduğu bildirilir. Pilot yeni təmirdən çıxmış təyyarə ilə sınaq uçuşu edirmiş və Təbrizdəki hava bazasından qalxıb.

İranın hava qüvvələrində 1979-cu il İslam İnqilabından öncə ABŞ-dan alınmış təyyarələr, həmçinin Rusiya istehsalı olan MiG və Sukhoi təyyarələri var.

On illər boyunca Qərbin sanksiyaları üzündən İran təyyarələrini yeniləyə bilməyib.

XS
SM
MD
LG