Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Roma uşaqlarını diləndirməkdə şübhəlilər bəraət alıb


Papa Francis Rumıniyada Roma icmasıyla görüşür, arxiv fotosu
Papa Francis Rumıniyada Roma icmasıyla görüşür, arxiv fotosu

Rumıniyada apelyasiya məhkəməsi onlarla Roma uşağını Avropada diləndirdiyi, ailələrini isə borca görə nəzarətdə saxladığı bildirilən 25 kişiyə bəraət verib.

Dekabrın 23-də çıxarılmış qərar təxminən on ildir gedən prosesə yekun vurub. Rumıniyanın müasir köləliklə mübarizəsinin sınağı sayılan bu qərardan şikayət verilə bilməz.

Şübhəli banda üzvləri 2010-cu ildə saxlanıblar. Onlara uşaq alveri, çirkli pulyuma, odlu silah saxlamaq qaydalarını pozmaq ittihamları irəli sürülüb.

25 nəfər özünü təqsirsiz bilirdi.

Şəbəkə liderlərinin Rumıniyanın cənubundakı Tandarey şəhərində fəaliyyət göstərdiyi iddia olunurdu. İttiham olunanların 160-dan çox Roma uşağı Britaniya daxil, Avropa ölkələrində dilənməyə, oğurluq etməyə məcbur etdikləri bildirilirdi. Uşaqların ailələri isə borc məngənəsində saxlanıb.

Britaniyada 120 nəfər təqsirli bilinib

Avropol 2008-ci ildə 300 rumıniyalı və britaniyalı polis əməkdaşının iştirakıyla təhqiqata başlayıb və 2010-cu ildə şübhəlilər saxlanıb.

30 ünvanda keçirilən reydlər zamanı odlu silahlar, ləl-cavahirat, nağd pul, şəbəkə üzvlərinə uşaqları Rumıniyadan çıxarmağa icazə verən etibarnamələr müsadirə olunub.

Şübhəlilər Rumıniyanın Roma cəmiyyətinin üzvləri olub. 120 nəfər Britaniyada uşaq alverində, uşaq istismarında, çirkli pulyumada, bir sıra digər cinayətlərdə təqsirli bilinib. Məlumatı BBC yayıb.

Rumıniya məhkəmələri isə sübutları yetərli saymayaraq 25 nəfərə bəraət verib

“Balkan Insight” yazırdı ki, ilkin məhkəmə zamanı təqsirləndirilənlərin vəkilləri dəyişin, şahidlər ya tapılmayıb, ya da ifadələri dəyişdirilib.

Britaniya polisi Rumıniya məhkəməsinin qərarından hiddətlənib. İş üzrə əsas təhqiqatçı Bernie Gravett BBC-yə deyib ki, şəxsən özü 2010-cu ildə Rumıniya rəsmilərinə göndərilən “maşın dolu” sübut-dəlili görüb.

“Böyük Britaniyada 120 nəfəri uşaq alverində, bir sıra digər cinayətlərdə təqsirli bilmişik. Rumıniya isə bircə nəfəri də məhkum etməyib”, – o deyib.

20-dən artıq insan haqları qrupu da bu qərarı pisləyib.

“Bu, Rumıniya məhkəmə sistemi üçün böyük uğursuzluqdur”, – Buxarestdə mənzillənən Hüquqi Təhsil və Araşdırma Mərkəzindən Silvia Tabusca deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG