Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 10:48

Rumıniyada Holokost muzeyi qurulacaq


Rumıniyada Holokost sərgisi, arxiv fotosu

Oktyabrın 8-də Prezident Klaus Iohannis Rumıniyada ilk Holokost muzeyinin qurulmasını təsdiqləyib.

2-ci Dünya müharibəsi zamanı Rumıniyada 280 mindən 380 minədək rumıniyalı və ukraynalı yəhudi öldürülüb. Belə bir qənaətə Nobel mükafatı laureatı, Rumıniyada doğulmuş Elie Wiesel-in rəhbərlik etdiyi beynəlxalq komissiya 2004-cü ildə gəlib. O zaman Rumıniya nasist Almaniyasının müttəfiqi idi.

NATO və Avropa Birliyinin üzvü olan Rumıniya ilk dəfə olaraq 2003-cü ildə yəhudilərin qətlindəki rolunu etiraf edib.

Muzeyin yaradılmasında məqsəd ölkədə yaşayan yəhudilərin tarixini, mədəniyyətini, ənənələrini təbliğ etməkdir.

1941-45-ci illər müharibəsindən öncə Rumıniyada 750 min yəhudi yaşayıb, hazırda onların sayı 8 min -10 min arasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG