Keçid linkləri

Təcili xəbərlər
2020, 06 Aprel, Bazar ertəsi, Bakı vaxtı 15:45

ABŞ Pakistana qadağanı qaldırır


Donald Trump (sağda) və Imran Khan, arxiv fotosu

Birləşmiş Ştatlar iki illik qadağadan sonra Pakistanın hərbi təlim proqramına yenidən qoşulmasına icazə verib. Açıqlama dekabrın 23-də yayılıb.

Prezident Donald Trump İslamabadı terrorçuluğun kökünü kəsməkdən ötrü yetərincə iş görməməkdə ittiham edəndən sonra Vaşinqton bu ölkəyə hərbi yardımı dondurmuşdu.

Son açıqlama Imran Khan nüvə silahlı Pakistanın baş naziri olandan bəri iki ölkə arasında gərginliyin azaldığını göstərir.

İyulda Trump Ağ evdə Pakistan baş nazirini qəbul edib. Bundan başqa, Vaşinqton İslamabadın Əfqanıstan Talibanı ilə sülh danışıqlarında köməyini bir neçə dəfə alqışlayıb.

Hərbi yardım Khan 2018-ci ilin avqustunda qalib gəldiyi seçkidən qabaq dondurulmuşdu. Birləşmiş Ştatlar 2017-ci ilin sentyabrında elan elədi ki, Pakistan Əfqanıstana qarşı vuruşan silahlı qruplaşmaların “sığınacaqları”nı darmadağın etməyincə hərbi yardımı donduracaq.

Ümumilikdə Pakistanda 2 milyard dollarlıq hərbi yardım dondurulub.

Pakistan terrorçulara sığınacaq vermədiyini, Birləşmiş Ştatların Əfqanıstanda 18 ildir gedən müharibədəki uğursuzluğuna görə İslamabaddan “günah keçisi” kimi istifadə etdiyini deyir.

XS
SM
MD
LG