Keçid linkləri

Təcili xəbərlər
2020, 06 Aprel, Bazar ertəsi, Bakı vaxtı 15:47

Boeing rəhbəri işdən çıxarıldı


Dennis Muilenburg

Boeing şirkəti icraçı direktorunu işdən çıxarıb. 737 Max təyyarəsi ilə törədilmiş iki qəza, Starliner kosmik obyektinin Beynəlxalq Kosmik Stansiyaya uğursuz missiyası şirkətin imicinə ziyan vurub.

ABŞ-da yerləşən şirkət dekabrın 23-də bildirib ki, icraçı direktoru Dennis Muilenburg dərhal vəzifəsindən gedir və indiki sədr David Calhoun yanvarın 13-dən həmin posta keçəcək.

Boeing-in bildirməsinə görə, tənzimləyici orqanların inamını yenidən qazanmaqdan ötrü yeni rəhbərliyə ehtiyac var.

Şirkət Max təyyarələrinin dizaynına, pilotlara təyyarədəki yeni uçuşa nəzarət sistemi haqda məlumat vermədiyinə, birinci qəzadan sonra böhranı idarə edə bilmədiyinə görə tənqid olunub.

Max 9 ay öncə dünya üzrə reyslərdən yığışdırılıb və bir həftə qabaq Boeing MAX istehsalını müvəqqəti olaraq dayandırıb.

737 MAX Boeing-in ən yaxşı satılan təyyarələridir.

Ötən ilin oktyabrında İndoneziyada 737 MAX qəzaya uğrayıb, 189 nəfər həlak olub. Bu ilin martında isə Efiopiyada qəzaya düşən təyyarədə 157 nəfər vardı.

XS
SM
MD
LG